DataLife Engine / Azərbaycan xüsusi təyinatlıları Qazaxıstanda təlimdə iştirak edirlər

Azərbaycan xüsusi təyinatlıları Qazaxıstanda təlimdə iştirak edirlər

"Azərbaycan Müdafiə Nazirliyi və Qazaxıstan Müdafiə Nazirliyi arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı"na əsasən Qazaxıstanda "Sonsuz qardaşlıq - III" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir.

Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun xüsusi təyinatlıları təlimdə iştirak etmək üçün Qazaxıstanda səfərdədirlər.

Məlumata görə, Türküstan vilayətində yerləşən Orda poliqonunda keçirilən təlim sentyabrın 19-dək davam edəcək.


9-09-2024, 14:19
Вернуться назад