11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Azərbaycanın bitki örtüyünün 42, meşə sahəsinin isə 25 faizi işğal olunmuş ərazilərdədir yerləşir

Azərbaycanın bitki örtüyünün 42, meşə sahəsinin isə 25 faizi işğal olunmuş ərazilərdədir yerləşir
Azərbaycanın bitki örtüyünün 42, meşə sahəsinin isə 25 faizi işğal olunmuş ərazilərdədir yerləşir


Təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə həyata keçirilən kortəbii istismar nəticəsində bölgənin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə külli miqdarda zərər dəyib, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimiz məqsədli şəkildə məhv edilib.

MAY.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Azərbaycanın bitki örtüyünün 42, meşə sahəsinin isə 25 faizi işğal olunmuş ərazilərdədir yerləşir


O qeyd edib ki, landşaft müxtəlifliyi baxımından əlverişli olan bu ərazilərdə işğala qədər 2000-dən çox ali bitki növü mövcud olub ki, bu da Azərbaycan florasının 42 faizini təşkil edir.

Bildirilib ki, bölgədəki 50-yə yaxın fauna, 70-dən çox flora növü dünyanın, eyni zamanda Azərbaycan Respublikasının Qırmızı Kitablarına salınıb. Təəssüf ki, həmin növlərin hazırkı vəziyyəti barədə əlimizdə heç bir dəqiq məlumat yoxdur:

"Ərazidə rast gəlinən bitki növlərindən 20-si Azərbaycan areallı endem bitkilərdir. Bu endem bitkilərin 7 növünə (Qarabağ tülpanı, Qarabağ güləvəri, Zəngilan gəvəni, Sağsağan gülxətmisi, Şuşa vələsi, Şuşa xaşası və Şuşa gəvəni) yalnız Dağlıq Qarabağ ərazisində rast gəlinir".

Nazir müavini qeyd edib ki, füsünkar Qarabağın xüsusi mühafizə olunan təbiət ərazilərindən olan Bəsitçay, Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında işğala qədərki dövrlərdə Qarabağımızın rəmzi olan Xarıbülbüllə yanaşı, Şərq çinarı, Əkin şabalıdı, Şuşa vələsi, Vələsyarpaq azat, Giləmeyvəli qaraçöhrə və digər nadir ağac növləri qorunurdu.

Eyni zamanda V.Kərimov onu da bildirib ki, respublikamızın meşə ilə örtülü sahələrinin 25 faizi işğal altında olan ərazilərdə yerləşir və əldə olunan məlumatlara görə qiymətli meşələrin əksəriyyəti erməni vandalizmi nəticəsində məhv edilib:

"İşğaldan azad olunmuş ərazilərdə aidiyyəti qurumlarla birgə genişmiqyaslı monitorinqlər aparılacaq, bölgənin ətraf mühitinə, təbii sərvətlərinə, landşaftına və meşələrinə, həmçinin bitki və heyvanat aləminə dəymiş ziyanın hərtərəfli qiymətləndirilməsi həyata keçiriləcək".
---
Səngəçalda “sovet” mənşəli küçə adları var – VİDEO

Səngəçalda “sovet” mənşəli küçə...

---
Universitetlər Bakıdan köçürüləcəkmi? HANSILAR? HARA? NƏ VAXT?

Universitetlər Bakıdan...

---
İlham Əliyevin tapşırığı ilə ermənilər KVN-dən uzaqlaşdırıldı

İlham Əliyevin tapşırığı ilə...

---
Azərbaycan-Pakistan münasibətlərinin inkişafı üçün yeni perspektivlər açılır

Azərbaycan-Pakistan...

---
ABŞ səfirliyi Hidayət Heydərovu təbrik edib

ABŞ səfirliyi Hidayət Heydərovu...

---
Dollar qəfil ucuzlaşdı

Dollar qəfil ucuzlaşdı...

Комментарии (0)