11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Günəş şüası gözlərə ziyandır

Günəş şüası gözlərə ziyandır

Hava istiliyinin artması gözlərə də təsir edir. Gözlərin uzun müddət günəş işığına məruz qalması nəticəsində gözdə günəş yanıqlarının meydana çıxa biləcəyi barədə mütəxəssislər xəbərdarlıq edib.

Axşam.az xəbər verir ki, günəş işığının bədənimiz üçün unikal vitamin qaynağı olduğu deyilsə də, yüksək miqdarda günəş işığına məruz qalmağın həm dərimizə, həm də gözümüzə qalıcı zərər verə biləcəyi danılmazdır.

Xüsusilə uşaq və gənclər yay aylarında evdən kənarda, parklarda və dəniz kənarında daha çox vaxt keçirirlər. "Günəş Retinopatiyası" dediyimiz gözün tor qişasında günəş yanığı əmələ gələ bilər. Bu xəstəliyə görə gözlərdə katarakt meydana gələ bilər və ya daha irəli bir mərhələdə görmə itkisi meydana çıxar.

"Günəş Retinopatiyası"nın dəqiq bir müalicəsi olmadığı məlumdur. Ona görə də mütəxəssislər gözümüzü günəşdən qorumağı tapşırırlar. Günəşə və digər parlaq işıq mənbələrinə baxmaq təhlükəlidir.

Günəş şüalarının gözə zərər verdiyi halda göz qapaqlarında sulanma, yanma, qıyma kimi simptomların müşahidə olur. Əlamətlər adətən günəşə məruz qaldıqdan 1-4 saat sonra özünü büruzə verir. Görmənin azalması, cisimləri əyri qəbul etmə, obyektləri olduğundan daha kiçik görmə, mərkəzdə və mərkəzi görmədə qaranlıq bölgələr, obyektləri olduğundan fərqli rənglərdə qəbul etmək, işığa həssaslıq, baş ağrısı və ya göz ağrısı yaranır.

Günəş şüalarından qorunmaq üçün günəş eynəyi istifadə edilməsi vacibdir. Günəş eynəkləri zərərli dalğa uzunluqlarını kəsən və bloklayan bir quruluşa sahib olmalıdır. Bu qorunma xüsusilə günəşin gözümüzə dik olduğu saatlarda vacibdir. Yayda günəş şüaları, günəş daha yuxarıda olur. Başımızın yuxarısına doğru gəldiyi üçün gözlər qismən qorunsa da, yay aylarında ağ və parlaq səthlərdən əks olunan günəş işığı daha çox olduğu üçün həssaslığa səbəb olur.


---
Səngəçalda “sovet” mənşəli küçə adları var – VİDEO

Səngəçalda “sovet” mənşəli küçə...

---
Avinash Sachdev: "Fəxr edirəm ki, Rac Kapurdan sonra Azərbaycana gələn ikinci aktyoram"

Avinash Sachdev: "Fəxr edirəm ki,...

---
"Yaraşıqlı kişiləri sevirəm"

"Yaraşıqlı kişiləri sevirəm"...

---
Tarixin ən böyük məlumat sızıntısı: 10 milyard şifrə...

Tarixin ən böyük məlumat sızıntısı:...

---
SON DƏQİQƏ: Ermənilər yenidən Gəncəni atəşə tutdular

SON DƏQİQƏ: Ermənilər yenidən...

---
"Recep İvedik 5"də Azərbaycan bayrağı təhqir olundu: AĞZINI BURNUNU QIRMAĞA GƏLMİŞƏM QARDAŞ - VİDEO

"Recep İvedik 5"də Azərbaycan...

Комментарии (0)