09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

"Volvo"nun 2030-cu il planı AÇIQLANDI

"Volvo"nun 2030-cu il planı AÇIQLANDI

İsveç avtomobil istehsalçısı "Volvo Cars" 2030-cu ilə qədər tam elektriklə işləyən avtomobillərə keçid hədəfini həyata keçirməyəcək.

Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Qeyd olunur ki, buna bəzi bazarlarda enerji doldurma infrastrukturunun ləng yayılması və hökumət tərəfindən verilən təşviqlərin geri götürülməsi səbəb olub.

"Volvo Cars" elektrikləşdirmə sahəsində sənaye lideri mövqeyini qoruyub saxlasa da, şirkət indi dəyişən bazar şərtləri və müştəri tələbləri səbəbindən elektrikləşdirmə ambisiyalarını tənzimləmək qərarına gəlib", - avtomobil istehsalçısının bəyanatında qeyd olunub.

Bildirilir ki, şirkətin uzunmüddətli hədəfi dəyişməyib və sırf elektriklə işləyən avtomobillərə keçid "Volvo Cars"ın məhsul strategiyasının əsas sütunu olaraq qalır.

Şirkət 2030-cu ilə qədər satışlarının 90-100%-ni elektrik və hibrid avtomobillərdən əldə etməyi hədəfləyəcək. Qalan hissə mülayim hibridlər olacaq (daxili yanma mühərriki və kiçik elektrik ötürücülü avtomobillər).

2025-ci ilə qədər elektrikləşdirilmiş avtomobillərin payının 50%-60% arasında olacağı gözlənilir.

İsveç şirkətinin 2023-cü ildə qlobal satışları rekord səviyyəyə - 708716 avtomobilə çatıb.


---
Avatar 2: Suyun Yolu izle

Avatar 2: Suyun Yolu izle...

---
Əbülfəz Elçibəyin həyat yoldaşı Kələkidə torpağa tapşırılıb - FOTOLAR

Əbülfəz Elçibəyin həyat yoldaşı...

---
Seksin 12 QIZIL QAYDASI

Seksin 12 QIZIL QAYDASI...

---
Bakı meri Eldar Əzizovun sələfi Hacıbala Abutalıbovla FOTOSU

Bakı meri Eldar Əzizovun sələfi...

---
İsgəndər Həmidov oğluna toy etdi

İsgəndər Həmidov oğluna toy etdi...

---
Səngəçalda “sovet” mənşəli küçə adları var – VİDEO

Səngəçalda “sovet” mənşəli küçə...

Комментарии (0)