11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Zelenski İlham Əliyevi təbrik etdi

Zelenski İlham Əliyevi təbrik etdi
Zelenski İlham Əliyevi təbrik etdi


Ukraynanın Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu yaxınlarda qonaqpərvər Bakıya səfərim zamanı mən ölkənizin inkişafı, xalqınızın həyat səviyyəsinin yüksəlməsi və Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə şəxsən Sizin nə qədər çox səy göstərdiyinizin şahidi oldum.

Ukrayna və Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın gələcək inkişafına qarşılıqlı maraqların, eləcə də səmərəli əməkdaşlığımızın dərinləşdirilməsi üçün geniş imkanların olduğunu təsdiq etmiş danışıqlarımızın dostluq ab-havasını məmnunluqla xatırlayıram.

İnanıram ki, danışıqlar zamanı əldə etdiyimiz nəticələrin uğurla həyata keçirilməsi münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə təsir edəcək.

Bu xoş fürsətdən istifadə edərək, Sizin üçün münasib vaxtda, Zati-alinizi Ukraynaya rəsmi səfərə dəvət etmək istərdim.

Əminəm ki, Sizin Ukraynaya gələcək səfəriniz Ukrayna-Azərbaycan tərəfdaşlığında əldə etdiyimiz yeni nailiyyətlərin möhkəmlənməsinə imkan yaradacaq.

Zati-aliləri, Sizə tükənməz enerji, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm”.
---
Səngəçalda “sovet” mənşəli küçə adları var – VİDEO

Səngəçalda “sovet” mənşəli küçə...

---
Universitetlər Bakıdan köçürüləcəkmi? HANSILAR? HARA? NƏ VAXT?

Universitetlər Bakıdan...

---
İlham Əliyevin tapşırığı ilə ermənilər KVN-dən uzaqlaşdırıldı

İlham Əliyevin tapşırığı ilə...

---
Azərbaycan-Pakistan münasibətlərinin inkişafı üçün yeni perspektivlər açılır

Azərbaycan-Pakistan...

---
ABŞ səfirliyi Hidayət Heydərovu təbrik edib

ABŞ səfirliyi Hidayət Heydərovu...

---
Dollar qəfil ucuzlaşdı

Dollar qəfil ucuzlaşdı...

Комментарии (0)