11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Vaqif Əsədovdan taksi sürücüsünə: Belə geyimdə taksi sürərlər? (VIDEO)

Vaqif Əsədovdan taksi sürücüsünə: Belə geyimdə taksi sürərlər? (VIDEO)
Vaqif Əsədovdan taksi sürücüsünə: Belə geyimdə taksi sürərlər? (VIDEO)


Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə paytaxtın inzibati ərazisində minik avtomobili ilə taksi xidməti göstərən fiziki və hüquqi şəxslər üçün maarifləndirici tədbir baş tutub.

BAKU. WS xəbər verir ki, tədbirdə məqsəd taksi fəaliyyəti ilə məşğul olan sürücülərə onların hüquq və vəzifələri barədə, həmçinin taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin"Fərqlənmə nişanları"nın alınması istiqamətində müxtəlif maarifləndirici məlumatların verilməsi olub.

Bu çərçivədə növbəti tədbir metronun "Qara Qarayev” stansiyası ətrafında keçirilib.

BNA müfəttişləri Yol Patrul Xidmətinin əməkdaşları ilə birgə bu ərazidə taksi fəaliyyəti ilə məşğul olan sürücülərə hüquq və vəzifələrini, eləcə də qanunvericiliyin tələblərini izah ediblər.

Tədbirdə iştirak edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov da iştirak edib. Taksi sürücüləri ilə söhbət edən palkovnik onlara iradlarını bildirib. Əsədov həmçinin onların geyimləri ilə bağlı da öz tövsiyyələrini verib.

"Bu forma ilə siz taksi fəliyyəti ilə məşğul olursunuz. Olmazmı ki, daha səliqəli geyinəsiniz? Olmazmı ki, idarə etdiyiniz nəqliyyat vasitəsi daha yaxşı olsun? Olmazmı ki, sizin üçün ayrılmış yerlərdən istifadə edəsiniz?"-deyə polis rəisi taksi sürücülərinə öz iradını bildirib.

Sürücülər onların fəaliyyət göstərməsi üçün dayanacaqların olmamasından şikayətləniblər.

Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mayis Ağayev bildirib ki, taksi dayanacaqları həm sürücülərə həm də sərnişinlərə sərf edəcək yerlərdə quraşdırılacaq.

Sektor müdiri əlavə edib ki, BNA məsələnin həlli istiqamətində kompleks tədbirlər həyata keçirir. Bu çərçivədə ilk olaraq Bakıda taksi dayanacaqlarının pasportlaşdırlımasına başlanılıb. BNA-nın xüsusi ekspert qrupu bütünü küçə və prospektlərdə, metro stansiyaları, alış-veriş mərkəzləri və əhalinin sıx toplaşdığı digər ərazilərdə bununla bağlı təhlillər aparır.

Maarifləndirici xarakter daşıdığından bugünkü tədbir zamanı dayanma və durma qaydalarının tələblərini pozan sürücülərə hər hansı cərimə protokolu tərtib olunmayıb. Lakin bildirilib ki, gələcəkdə qanunvericiliyin tələblərinə riayət etməyən sürücülərə qarşı inzibati cəza tədbirləri görüləcək.

Qeyd edək ki, BNA Bakı şəhər Yol Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi ilə bağlı razılığa gəlib.

Aynur Ələkbərova
Avtomobil
Qarlı havada yol polisinin fədakarlığı - VİDEO

Qarlı havada yol polisinin...

Avtomobil
Maykl Cordanın eksklüziv "Mercedes" superkarı satışa çıxarıldı

Maykl Cordanın eksklüziv "Mercedes"...

Avtomobil
Avtomobili yanlış park edən sürücü küçədə hərəkəti tam iflic etdi - VİDEO

Avtomobili yanlış park edən sürücü...

Avtomobil
Astarada narkotik vasitənin təsiri altında olan sürücülər saxlanılıb

Astarada narkotik vasitənin təsiri...

Avtomobil
Audi, yeni Q7 modelini əldə etməyin 7 səbəbini açıqladı (VİDEO)

Audi, yeni Q7 modelini əldə etməyin...

Avtomobil
Qadın ərinin avtomobilini nikah şəhadətnaməsi ilə sürə bilər - VİDEO

Qadın ərinin avtomobilini nikah...

Комментарии (0)