11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Azərbaycanda bu avtomobillər ucuzlaşacaq - AÇIQLAMA

Azərbaycanda bu avtomobillər ucuzlaşacaq - AÇIQLAMA

Gələn ildən “Vergi Məcəlləsinə” ediləcək dəyişikliklərdən biri də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının növbəti 3 ildə Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsidir.
MAY.AZ xəbər verir ki, məsələ ilə bağlı Millət vəkili Vüqar Bayramov açıqlama verib. Onun sözlərinə görə, dəyişikliklərə əsasən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı da ƏDV-dən azad ediləcək.
“Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur.
Gözlənilir ki, sözügedən dəyişikliklərdən sonra istehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalamlar olacaq”, - deyə deputat bildirib.
Vüqar Bayramov deyir ki, ƏDV-dən azad olma onların xərcinin orta hesabla 18 faiz azalmasına səbəb olacaq:
“Hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğunu nəzərə alsaq həmin maşınların qiymətlərində azalmaların olacağı qaçılmazdır. Söhbət, təbii ki, son 3 ildə istehsal olunan avtomobillərdən gedir.
Digər tərəfdən, son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə də tələbin artmasına gətirib çıxaracaq.
Elektrik mühərrikli avtomobillərin də vergidən azad olunması da müsbət haldır. Bu ölkəmizdə həmin avtomobillərdən istifadəyə marağı artıra bilər”.
Avtomobil
Cəsarət və gücün birləşməsi: "Lamborghini Temerario" 213 mil/saat sürətə çata bilir

Cəsarət və gücün birləşməsi:...

Avtomobil
"Ram" 1.2 milyondan çox pikapını geri çağırdı

"Ram" 1.2 milyondan çox pikapını...

Avtomobil
Yanacaq Doldurma Məntəqələrindəki fırıldağın üstü AÇILDI - RƏSMİ ETİRAF

Yanacaq Doldurma Məntəqələrindəki...

Avtomobil
Avtomobili park etmək həm olar, həm də olmaz - Bakıda qəribə qayda - FOTO

Avtomobili park etmək həm olar, həm...

Avtomobil
Qara Qarayev prospekti bağlanır

Qara Qarayev prospekti bağlanır...

Avtomobil
Sürət həddi endirildi

Sürət həddi endirildi...

Комментарии (0)