11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Sürücülər yanacağı dəyişir - Qiymətdə yarıbayarı fərq var - VİDEO

Sürücülər yanacağı dəyişir - Qiymətdə yarıbayarı fərq var - VİDEO

10 manatlıq qazla sürücülər 200-250 km yol qət edə bildikləri halda, eyni model avtomobillə sürücülər benzin və ya dizellə ən yaxşı halda 100-150 km yol qət edə bilirlər.
Məhz bu hal ölkəmizdə qaz avadanlıqlarına marağı kəskin şəkildə artırıb. Ustaların sözlərinə görə, sürücüləri ən çox narahat edən məqam isə bu halın mühərrikə ziyan vurma ehtimalıdır ki, hazırkı avadanlıqlarla belə bir narahatlığa da əsas yoxdur. Üstəlik, müasir avadanlıqlarla təhlükəsizlik də təmin edilir.
Benzin və dizelin qiymətinin artmasından sonra ölkəmizdə avtomobillərə qaz avadanlığı quraşdıranların sayı kəskin şəkildə artıb. Bunun əsas səbəbi isə həm metan, həm də maye qazın qiymətinin dizel və benzindən ucuz olmasıdır. Xüsusilə də metan qazına, başqa sözlə CNG qazına maraq çoxalıb. Sürücülər deyirlər ki, bir kubu 45 qəpikdən satılan metan qazı ilə büdcələrini əhəmiyyətli dərəcədə qənaət edə bilirlər.
Hazırda sürücüləri ən çox düşündürən məqam isə təhlükəsizlik məsələsidir ki, ustaların sözlərinə görə, əgər keyfiyyətli avdanlıqla və əsl mütəxəssislər tərəfindən iş görülərsə hər hansı problem ola bilməz. Üstəlik, bu avadanlıqlar mühərrikə də ziyan vurmur.
Avtomobilə qaz avadanlığının quraşdırılması qiyməti isə bir neçə amilə əsasən müəyyən edilir.
Bu avadanlıq quraşdırılan avtomobillərə 2 il zəmanət verilir və bu avtomabillərə hər 10 min km-dən bir texniki qulluq edilməlidir. Qeyd edək ki, hazırda ölkəmizdə maye qazın bir litri 65 qəpikdən, CNG qazın bir kubu isə 45 qəpikdən satılır. Üstəlik, dövlət neft şirkətindən ötən il verilən açıqlamaya görə, CNG qaz ölkəmizdə istehsal edildiyindən yaxın illərdə onun qiymətində artım gözlənmir.
Avtomobil
Cəsarət və gücün birləşməsi: "Lamborghini Temerario" 213 mil/saat sürətə çata bilir

Cəsarət və gücün birləşməsi:...

Avtomobil
"Ram" 1.2 milyondan çox pikapını geri çağırdı

"Ram" 1.2 milyondan çox pikapını...

Avtomobil
Yanacaq Doldurma Məntəqələrindəki fırıldağın üstü AÇILDI - RƏSMİ ETİRAF

Yanacaq Doldurma Məntəqələrindəki...

Avtomobil
Avtomobili park etmək həm olar, həm də olmaz - Bakıda qəribə qayda - FOTO

Avtomobili park etmək həm olar, həm...

Avtomobil
Qara Qarayev prospekti bağlanır

Qara Qarayev prospekti bağlanır...

Avtomobil
Sürət həddi endirildi

Sürət həddi endirildi...

Комментарии (0)