11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Yeni avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Faizlərlə bağlı yeniliklər olacaq - AÇIQLAMA

Yeni avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Faizlərlə bağlı yeniliklər olacaq - AÇIQLAMA
Prezident İlham Əliyev "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nı təsdiq edib.
Strategiyada Azərbaycana köhnə avtomobillərin idxalı və istifadəsini məhdudlaşdırılacağı da qeyd edilib. Hazırda ölkədə istifadə edilən nəqliyyat vasitələrinin böyük əksəriyyətinin buraxılış ili köhnədir. Bu gün ölkədə istismar müddəti 5 ilə qədər olan minik avtomobillərinin cəmi minik avtomobillərində xüsusi çəkisi 4,7%-dir.
Bəs mövcud vəziyyətdə buraxılış ili köhnə olan avtomobillərin utilizasiyası necə aparılacaq? Ümumiyyətlə təsdiqlənən "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində köhnə avtomobillərin idxalı və istifadəsini məhdudlaşdırılması necə tənzimlənəcək?
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, Prezidentin imzaladığı strategiya planı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in bir növ əsaslandırır:
"Əsas hədəf olan "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə çatmaq üçün 2022-2026-cı illərdə zəruri addımlar atılmaldır. Həmçinin bu çərçivədə Azərbaycanın 2030-cu ilə qədər "Yaşıl artım ölkəsi" və təmiz ətraf mühit ölkəsinə çevrilməsi planlaşdırılır. Bunun üçün dövlətin qarşısında bir neçə məqsəd dayanır. Bunlardan biri ölkədə eko-sistemin yaxşılaşdırılmasıdır. Eko-sistemin yaxşılaşdırılması üçün atmosferə buraxılan karbon qazının emissiyasının miqdarının azaldılması istiqamətində konkret addımların atılmasıdır. Bilirsiniz ki, yanvarın 1-dən ölkəmizə idxal olunan ekoloji təmiz avtomobillər ƏDV-dən azad edildilər.
Bu addımı atmaqda əsas məqsəd odur ki, bu avtomobillərə insanların əlçatanlığı təmin edilsin. Vətəndaşlar arasında bu avtomobillərə də maraq artıb. Ekoloji təmiz avtomobil dedikdə bu gün Azərbaycanda hibrid və elektriklə çalışan avtomobilləri nəzərdə tuturuq. Ekoloji avtomobillərin Azərbaycana idxalı ilə bağlı rüsumların bir qədər də enməsi yaxşı olardı".
E.Cəfərov sonrakı mərhələdə ekoloji təmiz avtomobillərə verilən avtokredit şərtlərinin sadələşdirilməsindən danışıb:
"Nazirlər Kabineti yanında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya mövcuddur. Bu komissiyanın müxtəlif alt qrupları var. Bu qruplarda bu mövzu ilə bağlı mütəmadi danışıqlar aparılır, yol xəritəsi ötən ilin dekabrında hazırlanıb təqdim edilib. Yol xəritəsində 2022-ci il ərzində görüləcək tədbirlər, ekoloji təmiz avtomobillərin ölkəyə idxalı və istismarının stimullaşdırılması, elektromobillər üçün zəruri infrastrukturun yaradılması, bu növ avtomobillərin vətəndaşlar üçün əlçatan olması üçün konkret bəndlər mövcuddur. Düşünürəm ki, cari ilin sonuna kimi bəzi addımlar atılacaq və biz ekoloji təmiz avtomobillərə verilən kredit şərtlərinin sadələşdirilməsinin şahidi olacağıq. Hazırkı kredit şərtlərində faizlər yüksəkdir və vətəndaşlara sərf etmir. Məndə olan məlumata görə, ekoloji təmiz avtomobillər üçün ilkin ödəniş avtomobilin məbləğinin 20 faizi civarında olacaq.
Daha sonra illik faizlər hesablanacaq. Hazırda illik 15 faiz təklif edilsə də, biz müstəqil ekspertlər bunun 10 faizə endirilməsini təklif etmişik. Vətəndaş ilkin məbləğin 20 faizi ödəsin, daha sonra illik faizləri də 10 faiz civarında olsun ki, insanlar bu avtomobilləri alıb, istifadə edə bilsinlər".
"Hazırda ölkədə istismarda olan avtomobillərin böyük əksəriyyəti köhnəlib. Təsdiq edilən strategiyada da Azərbaycana köhnə avtomobillərin idxalı və istifadəsinin məhdudlaşdırılacağı da qeyd edilib. Bu addımlar mənim qeyd etdiyim digər məqamlardan - şərtlərin asanlaşdırılması, ekoloji təmiz avtomobillərin ölkəyə idxalı üstünlük təşkil etdikdən sonra köhnə nəqliyyat vasitələrinin utilizasiyası həyata keçirilməlidir. Utilizasiya prosesi başladıqdan sonra buraxılış ili köhnə olan avtomobillərin ölkəyə girişinin qarşısını ala biləcəyik. Köhnə yararsız nəqliyyat vasitələrinin ölkə ərazisində istismarı bir anda həyata keçirilməyəcək, heç kim bu məqamdan narahat olmasın. Bu, mərhələli proses olacaq. Bizim hələ qarşıda 5 il vaxtımız var. Utilizasiya proqramı da könüllü həyata keçiriləcək, heç kimin avtomobili məcburi əlindən alınmayacaq. Hər kəsə ekoloji təmiz, yeni avtomobillərin əlçatanlığı təmin olunduqdan sonra utilizasiya prosesi başlayacaq",- deyə Eldəniz Cəfərov qeyd edib.
Avtomobil
Cəsarət və gücün birləşməsi: "Lamborghini Temerario" 213 mil/saat sürətə çata bilir

Cəsarət və gücün birləşməsi:...

Avtomobil
"Ram" 1.2 milyondan çox pikapını geri çağırdı

"Ram" 1.2 milyondan çox pikapını...

Avtomobil
Yanacaq Doldurma Məntəqələrindəki fırıldağın üstü AÇILDI - RƏSMİ ETİRAF

Yanacaq Doldurma Məntəqələrindəki...

Avtomobil
Avtomobili park etmək həm olar, həm də olmaz - Bakıda qəribə qayda - FOTO

Avtomobili park etmək həm olar, həm...

Avtomobil
Qara Qarayev prospekti bağlanır

Qara Qarayev prospekti bağlanır...

Avtomobil
Sürət həddi endirildi

Sürət həddi endirildi...

Комментарии (0)