11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Azərbaycanda ötən il 1833 yol qəzası olub - 750 ölü, 1719 yaralı

Azərbaycanda ötən il 1833 yol qəzası olub - 750 ölü, 1719 yaralı
Azərbaycanda ötən il 1833 yol qəzası olub - 750 ölü, 1719 yaralı


"Ötən il respublika ərazisində baş verən 1833 yol-nəqliyyat hadisəsi nəticəsində 750 nəfər həlak olub, 1719 nəfər xəsarət alıb ki, bu da 2016-cı illə müqayisədə hadisələrin 8,6, həlak olanların 1,2, xəsarət alanların isə 14,2 faiz azalması deməkdir”.

BAKU.WS-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş idarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov bildirib.

O qeyd edib ki, yol polisinin əməkdaşları cinayətkarlıqla mübarizə sahəsində də fəal iştirak ediblər. Belə ki, onlar tərəfindən məlumat bazası ilə axtarışda olan 54 nəfər və 236 avtomobil saxlanılıb, polisin digər xidmətləri ilə birgə 40 kiloqramdan çox narkotik vasitə, 6 ədəd odlu silah aşkar edilərək istintaq orqanlarına verilib.

Həmçinin, qeydiyyat-imtahan məntəqələrində avtonəqliyyat vasitələrinin sənədləşdirilməsi zamanı axtarışda olan 27 şəxs və 9 avtomobil saxlanılıb, habelə 272 saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib. Qaçırılmış və oğurlanmış 246 nəqliyyat vasitəsindən 227-nin "isti izlərlə” tapılması təmin edilib. Baş idarə rəisi əldə olunan müsbət nəticələrlə yanaşı, xidməti fəaliyyətdə bəzi nöqsan və çatışmazlıqların da mövcudluğunu etiraf edib, onların üzərində ətraflı dayanıb.
Avtomobil
Avtomobili olanlara BƏD XƏBƏR: qiymətlər iki dəfə QALDIRILA BİLƏR

Avtomobili olanlara BƏD XƏBƏR:...

Avtomobil
Avtomobili park etmək həm olar, həm də olmaz - Bakıda qəribə qayda - FOTO

Avtomobili park etmək həm olar, həm...

Avtomobil
Avtomobil sığortaçıları çətin durumda: Kompensasiyalar artırılmalıdır?

Avtomobil sığortaçıları çətin...

Avtomobil
Maşında oturub sürücünü təhqir edən yol polisinin günahı təsdiqləndi

Maşında oturub sürücünü təhqir edən...

Avtomobil
İkinci dəfə sürücülük vəsiqəsi alan məşhur rusiyalı avtobloqerə minlərlə dollar cərimə gəldi

İkinci dəfə sürücülük vəsiqəsi alan...

Avtomobil
Azərbaycanda avtomobillər kəskin bahalaşıb - Qiymət cədvəli

Azərbaycanda avtomobillər kəskin...

Комментарии (0)