11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

DYP-dən hava şəraiti ilə əlaqədar sürücülərə vacib xəbərdarlıq

DYP-dən hava şəraiti ilə əlaqədar sürücülərə vacib xəbərdarlıq
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
Qurumdan BiG.AZ-a daxil olan müraciətdə bildirilir ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərir:
"Xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət iştirakçılarını, yol nişanlarını, nişanlama xətlərini, ümumiyyətlə nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.
Həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə əlverişsiz havalarda daha diqqətli olmağı, sürət həddini real vəziyyətə uyğun nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yol çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik".
Avtomobil
DYP-dən küçəyə zibil atanlara MÜRACİƏT

DYP-dən küçəyə zibil atanlara...

Avtomobil
Nəqliyyat qoçuları yenidən iş başında – Bu dəfə maşının üzərinə çıxdı (VİDEO)

Nəqliyyat qoçuları yenidən iş...

Avtomobil
Nadir “Volqa” satışa çıxarılıb - FOTO

Nadir “Volqa” satışa çıxarılıb -...

Avtomobil
SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ - Bunu etməsəniz cərimələnəcəksiniz

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ - Bunu...

Avtomobil
Rusiya istehsalı olan avtomobil hissələri bahalaşır

Rusiya istehsalı olan avtomobil...

Avtomobil
Nadir "Lamborghini" üçün inanılmaz məbləğ təklif olunur

Nadir "Lamborghini" üçün inanılmaz...

Комментарии (0)