11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Daha bir avtobus xətti “BakuBus”a verildi

Daha bir avtobus xətti “BakuBus”a verildi
“Fidan” MMC-nin istismarında olan 130 nömrəli (Lökbatan-Bakı Beynəlxalq Avtovağzalı) müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib.

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, müntəzəm marşrut xətlərinin istismara verilməsi ilə bağlı cari ilin oktyabrında keçirilən müsabiqənin nəticələrinə əsasən “BakuBus” MMC qalib olub. 12.12.2022-ci il tarixindən bu xətt üzrə 12 metrlik sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslar fəaliyyət göstərəcək.
Bununla yanaşı sərnişinlərin Lökbatan qəsəbəsi “20 Yanvar” dairəsi istiqamətində birbaşa marşrut xətti ilə gediş-gəlişini təmin etmək üçün 130 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib. Bu xətt üzrə avtobusların son dayanacaq məntəqəsi Bakı Beynəlxalq Avtovağzalından “20 Yanvar” dairəsinə dəyişdirilib. Bu dəyişikliklə Xocahəsən qəsəbəsi sakinlərinin də ictimai nəqliyyata əlçatanlığı yaxşılaşdırılacaq.
12.12.2022-ci il tarixindən Lökbatan-“28 May” metro stansiyası istiqamətində fəaliyyət göstərən 125 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemi də dəyişdiriləcək. Yeni sxemə əsasən 125 nömrəli marşrut xətti üzrə avtobusların Lökbatan qəsəbəsi istiqamətində hərəkəti “20-ci Sahə” dairəsinə daxil olmadan təşkil ediləcək. Məqsəd, marşrut xəttindən mütəmadi istifadə edən sərnişinlərin rahatlığını təmin etməkdir. Dəyişiklik sayəsində şəhər mərkəzindən Bayıl-Bibiheybət, Şıxov və Lökbatan yaşayış sahəsi istiqamətində ictimai nəqliyyatla səyahət müddəti əhəmiyyətli dərəcədə azalacaq.
Avtomobil
Qarlı havada yol polisinin fədakarlığı - VİDEO

Qarlı havada yol polisinin...

Avtomobil
Maykl Cordanın eksklüziv "Mercedes" superkarı satışa çıxarıldı

Maykl Cordanın eksklüziv "Mercedes"...

Avtomobil
Avtomobili yanlış park edən sürücü küçədə hərəkəti tam iflic etdi - VİDEO

Avtomobili yanlış park edən sürücü...

Avtomobil
Astarada narkotik vasitənin təsiri altında olan sürücülər saxlanılıb

Astarada narkotik vasitənin təsiri...

Avtomobil
Audi, yeni Q7 modelini əldə etməyin 7 səbəbini açıqladı (VİDEO)

Audi, yeni Q7 modelini əldə etməyin...

Avtomobil
Qadın ərinin avtomobilini nikah şəhadətnaməsi ilə sürə bilər - VİDEO

Qadın ərinin avtomobilini nikah...

Комментарии (0)