11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

"Ford" sürücülərinin NƏZƏRİNƏ: Bir milyondan çox avtomobil geri çağırılır

"Ford" sürücülərinin NƏZƏRİNƏ: Bir milyondan çox avtomobil geri çağırılır
Avtomobil istehsalçısı "Ford" ABŞ-də 1 280 726 avtomobilini geri çağırıb.
Buna səbəb əyləc şlanqında yaranan problem olub. Belə ki, konstruktiv çatışmazlıq səbəbindən əyləc vaxtından əvvəl sıradan çıxa bilər.
Məlumata görə, 2013-2018-ci illərdə istehsal olunan bəzi "Ford Fusion" və "Lincoln MKZ" modelləri geri çağırılacaq.
Bundan əvvəl 2015-2018-ci illərə aid "Ford Edge" və 2016-cı ilə aid "Lincoln MKX" modelləri geri çağırılıb.
Nasaz olan hissə birləşdirici əyləc şlanqıdır. Qeyd edildiyi kimi, testlər zamanı şlanqlar stenddə sınaqdan keçirilib. Stend isə real vəziyyətin yalnız 88 faizini itimasiya edə bilib.
Şlanqın cırılması əyləc mayesinin sızmasına səbəb ola bilər ki, bu da öz növbəsində əyləclərin tədricən sıradan çıxmasına və qəza riskinin artmasına gətirib çıxara bilər.
Problemli hissə 3 fevral 2012-ci ildən 19 iyul 2017-ci ilə qədər olan müddətdə istifadə edilib. Bundan sonra yeni material tətbiq edilib.
Aprelin 17-dən etibarən "Ford" şirkəti avtomobil sahibləri ilə əlaqə saxlamağa başlayacaq və onları geri çağırılma barədə məlumatlandıracaq. Sahiblərdən avtomobillərini ən yaxın dilerə qaytarmaları xahiş olunacaq və orada əyləc şlanqı pulsuz olaraq yenisi ilə əvəz ediləcək. Bu təmir üçün artıq öz cibindən ödəniş edən sürücülər isə pullarını geri ala biləcəklər.
Qeyd edək ki, "Ford" avtomobilləri, o cümlədən "Ford Fusion" modeli Azərbaycanda da olduqca populyardır. (Oxu.az)
Avtomobil
Avtomobili olanlara BƏD XƏBƏR: qiymətlər iki dəfə QALDIRILA BİLƏR

Avtomobili olanlara BƏD XƏBƏR:...

Avtomobil
Avtomobili park etmək həm olar, həm də olmaz - Bakıda qəribə qayda - FOTO

Avtomobili park etmək həm olar, həm...

Avtomobil
Avtomobil sığortaçıları çətin durumda: Kompensasiyalar artırılmalıdır?

Avtomobil sığortaçıları çətin...

Avtomobil
Maşında oturub sürücünü təhqir edən yol polisinin günahı təsdiqləndi

Maşında oturub sürücünü təhqir edən...

Avtomobil
İkinci dəfə sürücülük vəsiqəsi alan məşhur rusiyalı avtobloqerə minlərlə dollar cərimə gəldi

İkinci dəfə sürücülük vəsiqəsi alan...

Avtomobil
Azərbaycanda avtomobillər kəskin bahalaşıb - Qiymət cədvəli

Azərbaycanda avtomobillər kəskin...

Комментарии (0)