11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Azərbaycanda qazla işləyən avtomobillərə maraq kəskin azalıb

Azərbaycanda qazla işləyən avtomobillərə maraq kəskin azalıb

Azərbaycanda avtomobillərə qaz avadanlığının quraşdırılmasına və ya zavod istehsalı qaz mühərriki ilə təchiz olunmuş maşınlara maraq kəskin azalıb.

Xezerxeber.az-ın məlumatına görə, qiyməti ucuz, sərfiyyatı qənaətcil olsa da, tələbat yoxdur.

Bir neçə il əvvəl irihəcmli mühərrikli avtomobillərin sürücüləri arasında qənaət etmək üçün maşınlarına qaz avadanlığı quraşdıranlar az deyildi. İndi isə bu avtomobillərə maraq kəskin azalıb. Ölkəmizdə yanacağın qiyməti dəyişəndən sonra isə bu məsələ yenidən aktuallaşıb. Ustalar deyirlər ki, xüsusilə benzin sərfiyyatı çox olan avtomobillər üçün bir vaxtlar bu yaxşı seçim idi.

Avtomobil ustası Dəniz Ağabəyli bildirib ki, ölkəmizdə avtomobillərə qaz quraşdırılması və ya zavod istehsalı qaz mühərriki ilə təchiz olunmuş avtomobillərə maraq kəskin azalıb. Onun sözlərinə görə, buna əsas səbəb sonradan avtomobildə nasazlıqların və əlavə xərclərin yaranmasıdır.

Qeyd edək ki, hazırda Azərbaycanda Aİ-95 markalı benzinin bir litrinin qiyməti 1 manat 60 qəpik, Aİ-92 markalı benzinin qiyməti 1 manat 10 qəpik, dizelin qiyməti 1 manat, maye qazın satış qiyməti isə 65 qəpikdir.

Ətraflı süjetdə:


Avtomobil
Avtomobili olanlara BƏD XƏBƏR: qiymətlər iki dəfə QALDIRILA BİLƏR

Avtomobili olanlara BƏD XƏBƏR:...

Avtomobil
Avtomobili park etmək həm olar, həm də olmaz - Bakıda qəribə qayda - FOTO

Avtomobili park etmək həm olar, həm...

Avtomobil
Avtomobil sığortaçıları çətin durumda: Kompensasiyalar artırılmalıdır?

Avtomobil sığortaçıları çətin...

Avtomobil
Maşında oturub sürücünü təhqir edən yol polisinin günahı təsdiqləndi

Maşında oturub sürücünü təhqir edən...

Avtomobil
İkinci dəfə sürücülük vəsiqəsi alan məşhur rusiyalı avtobloqerə minlərlə dollar cərimə gəldi

İkinci dəfə sürücülük vəsiqəsi alan...

Avtomobil
Azərbaycanda avtomobillər kəskin bahalaşıb - Qiymət cədvəli

Azərbaycanda avtomobillər kəskin...

Комментарии (0)