11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Aİ ölkələri Çin elektrik avtomobillərinə dair idxal rüsumlarının tətbiqini dəstəkləyə bilər

Aİ ölkələri Çin elektrik avtomobillərinə dair idxal rüsumlarının tətbiqini dəstəkləyə bilər

Avropa İttifaqı (Aİ) ölkələri noyabrda Çindən idxal edilən elektromobillərə rüsumların tətbiqini dəstəkləyə bilər.

Avtosfer.az xəbər verir ki, bu barədə "Financial Times" Aİ-nin ticarət komissarı Valdis Dombrovskisə istinadən yazıb.

“Aİ-yə üzv dövlətlər çox güman ki, noyabrda Çinin elektrik avtomobillərinə təklif olunan rüsumların tətbiqini dəstəkləyəcək”, - məlumatda bildirilib.

V.Dombrovskis vurğulayıb ki, Aİ ölkələri blokun avtomobil sənayesinin qorunmasının zəruriliyini dərk edir, çünki Çinin elektrik avtomobil bazarındakı payı çox sürətlə artır. Bu, həlli vacib olan problemdir.

O qeyd edib ki, Çin Xalq Respublikası Avropa İttifaqının ikinci ən böyük ticarət tərəfdaşıdır və blok onunla əməkdaşlıqda maraqlıdır, lakin ikitərəfli ticarət münasibətlərini "qeyri-balanslaşdırılmış" adlandırıb.

Daha əvvəl Avropa Komissiyasının (AK) rəsmisi Erik Mamer Brüsseldə keçirdiyi brifinqdə bildirmişdi ki, AK Çindən idxal edilən elektrik avtomobillərinə rüsum tətbiq etmək niyyətində deyil, bu addım isə Çin hökumətinin subsidiyaları səbəbindən Çin və Avropada istehsalçılar arasında yaranmış ədalətsiz vəziyyətdə balansın yaradılmasına yönəlib.

Avropa Komissiyası bildirir ki, istehsalçıdan asılı olaraq rüsumlar 17,4 %-dən 37,6 %-ə qədər olacaq. Üç Çin istehsalçısına aşağıdakı rüsumlar tətbiq ediləcək: BYD - 17,4 %, Geely - 19,9 %, SAIC - 37,6 %. Bundan əlavə, Avropa Komissiyasının bildirdiyinə görə, "araşdırma zamanı əməkdaşlıq edən, lakin seçimə daxil edilməyən" digər elektromobil istehsalçılarına 20,8 %, araşdırma zamanı əməkdaşlıq etməyən şirkətlərə isə 37,6 % rüsum tətbiq olunacaq. Bir istehsalçı - ABŞ-ın "Tesla" şirkəti Avropa İttifaqından Çindən idxal etdiyi elektromobillər üçün fərdi idxal rüsumu dərəcəsinin hesablanmasını xahiş edib, bu dərəcə daha sonra hesablanacaq.

(report)


Avtomobil
Avtomobili olanlara BƏD XƏBƏR: qiymətlər iki dəfə QALDIRILA BİLƏR

Avtomobili olanlara BƏD XƏBƏR:...

Avtomobil
Avtomobili park etmək həm olar, həm də olmaz - Bakıda qəribə qayda - FOTO

Avtomobili park etmək həm olar, həm...

Avtomobil
Avtomobil sığortaçıları çətin durumda: Kompensasiyalar artırılmalıdır?

Avtomobil sığortaçıları çətin...

Avtomobil
Maşında oturub sürücünü təhqir edən yol polisinin günahı təsdiqləndi

Maşında oturub sürücünü təhqir edən...

Avtomobil
İkinci dəfə sürücülük vəsiqəsi alan məşhur rusiyalı avtobloqerə minlərlə dollar cərimə gəldi

İkinci dəfə sürücülük vəsiqəsi alan...

Avtomobil
Azərbaycanda avtomobillər kəskin bahalaşıb - Qiymət cədvəli

Azərbaycanda avtomobillər kəskin...

Комментарии (0)