11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Mühərrik yağına qənaət: Ekspert sintetikdən mineralа keçid barədə tövsiyələrini verdi

Mühərrik yağına qənaət: Ekspert sintetikdən mineralа keçid barədə tövsiyələrini verdi

Avtomobilin müntəzəm texniki xidməti zəruri, lakin bahalı prosedurdur. Bir çox avtomobil sahibləri mühərrikə zərər vermədən necə qənaət etmək barədə düşünürlər. Xərcli işlərdən biri mühərrik yağının dəyişdirilməsidir. Bir çoxları bahalı sintetik yağı daha ucuz mineral yağla əvəzləməyi seçir. Bəs bu, avtomobilə ziyan vermir?

May.Az-ın "Rosiyskaya Qazeta"ya istinadla verdiyi məlumata görə, rusiyalı avtomobil mütəxəssisi Nikita Rodionov bununla bağlı tövsiyələrini verib.

Onun sözlərinə görə, mühərrikə məhz avtomobil istehsalçısının tövsiyə etdiyi yağı tökmək lazımdır.

"Reqlamentə ciddi riayət etmək lazımdır, burada heç bir eksperiment olmamalıdır", - deyə o bildirib.

Ekspert həmçinin iqlim şəraitinin nəzərə alınmasının vacibliyini xatırladıb.

"Əgər istehsalçı mineral yağdan istifadəyə icazə verirsə və sizin bölgədə mənfi 25 dərəcədən aşağı şaxta olmursa, keçid mümkündür. Bütün digər hallarda qənaət etməmək daha yaxşıdır" , - deyə o əlavə edib.

Mütəxəssis yağ növünü dəyişdirərkən sistemi tam yumağın və filtri dəyişdirməyin zəruri olduğunu vurğulayıb.


Avtomobil
Qarlı havada yol polisinin fədakarlığı - VİDEO

Qarlı havada yol polisinin...

Avtomobil
Maykl Cordanın eksklüziv "Mercedes" superkarı satışa çıxarıldı

Maykl Cordanın eksklüziv "Mercedes"...

Avtomobil
Avtomobili yanlış park edən sürücü küçədə hərəkəti tam iflic etdi - VİDEO

Avtomobili yanlış park edən sürücü...

Avtomobil
Astarada narkotik vasitənin təsiri altında olan sürücülər saxlanılıb

Astarada narkotik vasitənin təsiri...

Avtomobil
Audi, yeni Q7 modelini əldə etməyin 7 səbəbini açıqladı (VİDEO)

Audi, yeni Q7 modelini əldə etməyin...

Avtomobil
Qadın ərinin avtomobilini nikah şəhadətnaməsi ilə sürə bilər - VİDEO

Qadın ərinin avtomobilini nikah...

Комментарии (0)