11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Çoxalan Avtomobil saytları

Çoxalan Avtomobil saytları
Çoxalan Avtomobil saytları


Nəsə son zamanlarda Avtomobil ilə əlaqədar saytlar gözümə çox dəyməyə başlayır. Hara daş atırsan gedib bir avtomobil saytının başına dəyir. 3 dənə, 5 dənə, lap 7-8 dənə olmağını da adam yadırğamaz. Ancaq son zamanlarda qarşıma çıxanları bir kənar yazdım, baxdımki ən az mənim bildiyim 15 dənəsi var. İndi kimin də siyahıya əlavə edəcəyi varsa şərhlərdə edə bilərlər. Mənə maraqlıdır, nəyə görə son zamanlarad Avtomobil saytları açmağa maraq bu qədər artır. Mən o qədərdə avtomobillərlə maraqlanan deyiləm. Ancaq böhranın yaralarını tam sağaltmamış inanmıram ki, insanlar böyük həvəslə maşın almağın dalınca qaçsınlar ki, belə saytlara bu qədər çox tələbat yaransın. Belə görünür ki, bu da bəns eləmək alışqanlığından meydana gələn bir vəziyyətdir. Baxıb görürlər ki, Avtomobil.az və Turbo.az `da reklam kifayət qədər çoxdu, fikirləşirlər ki, «niyə də yox?», bir dənə sayt da biz açaq pul qazanaq. Hətta disput.az`ın belə reklam yerlərinin boş qalmağına baxmayaraq, maşallah avtomobil.az və turbo.az`da belə bir hal çox da müşahidə olunmur. Bilmirəm indi bu saytların yolunu getmək istəyənlərin fikirləri nə dərəcədə özünü doğruldar. Ancaq çeynənmiş ideyanı görməkdən bir az adamın gözü ağrıyır. Yəqin ki, avtomobilə çox marağım olmamasından irəli gəlir.
Madam bu qədər şikayətləndim, qısaca sizin üçün də sadalayım saytları. İkisini onsuda qeyd elədim, indi isə sadalayım. Sadalamanı saytların reytinqinə filana görə etmirəm. Sadəcə random olaraq yazıram:
1. Avtomobil.az
2. Turbo.az
3. Vmart.az — Son zamanlarda müxtəlif saytlarda reklamı ilə qarşılaşırdım
4. Azavto.com — Mak.az`da reklamını görmüşdüm.
5. Signal.az — Google Adsense`də qarşıma çıxıbdı.
6. Autobaku.az — Fayda.az`da reklamını görmüşəm.
7. Avtom.az — Səhv yadımda qalmayıbsa metroda görmüşəm reklamını.
8. Avtoaz.com Bununla da son zamanlarda qarşılaşmışam. Ola bilsinki 7-ci yerdəki ilə qarışdırım reklamını gördüyüm yeri. Amma bu da son zamanlarda qarşıma çıxanlardandır.
Avtomobil
9. Avtoday.az
10. Garaj.az
11. 077.az
12. Avtopark.az
13. Avtoportal.az
14. Avtoxeber.az
15. 4charx.com

Onu da qeyd edim ki, adlarında avto olan saytların hamsı Avtomobil.az istisna olmaqla uğursuzdur. Çünki hamsı bir-birinə oxşayır və adamın ağlında istər-istəməz avtomobil.az canlanır.
Fikrimcə bu qədər çox avtomobil saytı bizim internet sferasına lazım deyil.
Avtomobil
DYP-dən küçəyə zibil atanlara MÜRACİƏT

DYP-dən küçəyə zibil atanlara...

Avtomobil
Nəqliyyat qoçuları yenidən iş başında – Bu dəfə maşının üzərinə çıxdı (VİDEO)

Nəqliyyat qoçuları yenidən iş...

Avtomobil
Nadir “Volqa” satışa çıxarılıb - FOTO

Nadir “Volqa” satışa çıxarılıb -...

Avtomobil
SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ - Bunu etməsəniz cərimələnəcəksiniz

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ - Bunu...

Avtomobil
Rusiya istehsalı olan avtomobil hissələri bahalaşır

Rusiya istehsalı olan avtomobil...

Avtomobil
Nadir "Lamborghini" üçün inanılmaz məbləğ təklif olunur

Nadir "Lamborghini" üçün inanılmaz...

Комментарии (0)