11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

DYP-dən avtobus qəzaları ilə bağlı xəbərdarlıq

DYP-dən avtobus qəzaları ilə bağlı xəbərdarlıq
DYP-dən avtobus qəzaları ilə bağlı xəbərdarlıq


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) respublika ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə təkrar müraciət ünvanlayıb.


İdarədən May.Az-a bildirilib ki, yay mövsümü ilə əlaqədar ayrı-ayrı regionlara səyahətə çıxan vətəndaşların, eləcə də ölkəmizə istirahətə gələn xarici turistlərin sayı artdığından yollarda nəqliyyatın hərəkət intensivliyi də yüksəlib. Səfərə çıxanlar fərdi minik avtomobilləri ilə yanaşı marşrut avtobuslarından, bəzi hallar da isə qeyri-müntəzəm şəkildə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus olan avtobus və mikroavtobuslardan istifadə edirlər. Lakin qeyri-müntəzəm şəkildə təşkil edilmiş daşımalar zamanı nəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş rejiminə riayət etmələrinə nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını artırır.

Baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin olunması məqsədi ilə Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi qeyri-müntəzəm şəkildə sərnişin daşımalarının müasir, təhlükəsizlik elemetləri ilə təchiz olunmuş xüsusi avtobuslara malik olan turizm, yaxud sifarişli sərnişin daşıma xidmətləri göstərən şirkətlər vasitəsi ilə həyata keçirilməsinə üstünlük verilməsini məqsədəmüvafiq hesab edir, belə xidmətlər ayrı-ayrı şəxslər tərəfindən təklif edildikdə isə onların müşayiət olunması və daşımalarda istifadə olunacaq nəqliyyat vasitəsinin seçilmiş marşrutlara uyğunluğu barədə məlumat əldə edilməsi üçün Baş DYP İdarəsinin 902 "qaynar xətt” telefonuna müraciət olunmasını və ya BDYPİ-nin elektron poçtuna yazılı müraciət göndərilməsini tövsiyə edir.

Nazim Babayev
Avtomobil
DYP-dən küçəyə zibil atanlara MÜRACİƏT

DYP-dən küçəyə zibil atanlara...

Avtomobil
Nəqliyyat qoçuları yenidən iş başında – Bu dəfə maşının üzərinə çıxdı (VİDEO)

Nəqliyyat qoçuları yenidən iş...

Avtomobil
Nadir “Volqa” satışa çıxarılıb - FOTO

Nadir “Volqa” satışa çıxarılıb -...

Avtomobil
SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ - Bunu etməsəniz cərimələnəcəksiniz

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ - Bunu...

Avtomobil
Rusiya istehsalı olan avtomobil hissələri bahalaşır

Rusiya istehsalı olan avtomobil...

Avtomobil
Nadir "Lamborghini" üçün inanılmaz məbləğ təklif olunur

Nadir "Lamborghini" üçün inanılmaz...

Комментарии (0)