DataLife Engine / "Avtoş"larla bağlı maraqlı təklif - "... görək nə edə bilirlər"

"Avtoş"larla bağlı maraqlı təklif - "... görək nə edə bilirlər"

"Avtoş"larla bağlı maraqlı təklif - "... görək nə edə bilirlər"


Yol hərəkəti üzrə məşhur ekspert Ərşad Hüseynov avtomobil həvəskarları ilə bağlı maraqlı təklif səsləndirib.

O, Avtosfer.az-a bildirib ki, Bakıda keçirilən Formula 1 yarışı üçün hazırlanan yollarda yarış başa çatdıqdan sonra bizim sürücülərin də öz bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaq olar: "Ölkəmizdə, xüsusən Bakıda avtoxuliqanlıq məsələsini müzakirə edəndə həmişə fikir səslənib ki, sürmək istəyənlər üçün məkan yoxdur, ona görə də onlar öz adrenalinlərini şəhər küçələrində almaq istəyirlər...

Deyirəm, bəlkə bu Formula 1 trekinindən həmin "avtoş"ların azarını öldürmək üçün istifadə edək? Yarışlar başa çatandan dərhal sonra heç nəyə toxunmayaq. Həmin treki 3-4 günlüyə verək onların ixtiyarına, öz risklərinə və öz avtomobilləri ilə görək nə edə bilirlər".

Qeyd edək ki, Ərşad Hüseynovun bu təklifi sosial şəbəkədə maraqla qarşılanıb və əksəriyyət tərəfindən dəstəklənib.
18-06-2016, 02:17
Вернуться назад