Dövlət Gömrük Komitəsinin (DGK) Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi, 2016-cı ildə istehsal olunan “Land Rover Renc Rover” markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.
DGK-dan Axar.az-a verilən məlumata görə, yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.