DataLife Engine / "Mercedes" yubiley şərəfinə ən güclü idman avtomobilini hazırlayıb

"Mercedes" yubiley şərəfinə ən güclü idman avtomobilini hazırlayıb

"Mercedes-Benz" şirkəti alman brendinin avtoidmandakı iştirakının 130 illiyinə həsr olunmuş AMG GT sportkarının xüsusi versiyasını təqdim edib.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, bu, "Affalterbach" tarixində ən güclü AMG GT3-dür və atmosfer havası ilə işləyən mühərriki ilə çalışan seriyanın sonuncu modeli olacaq.

"Mercedes-AMG GT3 Edition 130Y Motorsport" modeli 6.3 litrlik V8 mühərrikinin daha güclü versiyası ilə təchiz edilib. Bu mühərrik 500 kVt (680 at gücü) hasil edir.

Avtomobil həmçinin "Formula 1" DRS-də istifadə edilən sürtünmə müqavimətini azaltma sisteminə malikdir. Açıq qanadı olan "Mercedes-AMG GT3 Edition 130Y Motorsport" 315 km/saatdan çox sürət yığmağa qadirdir.

Avtomobil 13 nüsxə tirajla istehsal olunacaq və hər birinin dəyəri 1.03 milyon avro olacaq.

"Mercedes" yubiley şərəfinə ən güclü idman avtomobilini hazırlayıb

19-08-2024, 08:33
Вернуться назад