DataLife Engine / "Toyota" və BMW yeni ittifaq yaradır

"Toyota" və BMW yeni ittifaq yaradır

"Toyota" və BMW yanacaq elementli avtomobillərin inkişafında tərəfdaşlıqlarını gücləndirməyə hazırlaşır.

Oxu.Az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Şirkətlərin gələn həftə anlaşma memorandumu imzalayacaqları gözlənilir.

Sentyabrın 5-də isə əməkdaşlığın yeni mərhələsinin rəsmi elanı planlaşdırılır.

Qeyd olunub ki, bu tərəfdaşlıq hidrogen texnologiyasının inkişafında mühüm addım ola bilər.

Bildirilib ki, iki nəhəngin birgə səyləri hidrogen texnologiyalarının qəbulunu sürətləndirə və onları istifadə üçün daha münasib edə bilər.


27-08-2024, 12:43
Вернуться назад