DataLife Engine / Dünyanın ən güclü "mexanika" avtomobili təqdim olundu

Dünyanın ən güclü "mexanika" avtomobili təqdim olundu

ABŞ-nin "Hennessey" şirkəti öz hiperkarının yeni versiyasını - mexaniki sürət qutusu ilə təchiz edilmiş "Venom F5-M" rodsterini təqdim edib.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, avtomobilin kapotu altında 1 355 kVt (1 842 at gücü) hasil edən 6.6 litrlik "Fury V8" mühərriki yerləşir.

Beləliklə, təqdim olunan rodster mexaniki transmissiyaya malik dünyanın ən güclü seriyalı avtomobilidir.

"Hennessey Venom F5-M" cəmi 12 ədəd buraxılacaq və onların hamısı artıq satılıb. Hər avtomobilin qiyməti 2.65 milyon dollardır.

Dünyanın ən güclü "mexanika" avtomobili təqdim olundu

11-09-2024, 12:33
Вернуться назад