DataLife Engine / Müsahibədə verilən ən çətin suallar

Müsahibədə verilən ən çətin suallar

Müsahibə  zamanı işəgötürənlər müxtəlif səbəblərdən qəribə suallar verirlər. Təcrübə səviyyənizi, çətin tapşırıqlar verildikdə rahatlığınızı, stress səviyyənizi qiymətləndirmək üçün çətin suallar verilə bilər. İşəgötürənlərin çətin suallar verməsinin bir səbəbi də sizin haqqınızda vacib məlumatları öyrənməkdir. Məsələn, işəgötürən özünüz haqqında danışmağınızı xahiş edə bilər. Özünüz haqqında qısa, aydın bir xülasə vermək çətindir. Ona görə də, işəgötürən özünüzü necə ifadə etməyinizi və rahatlığınızı bu sualla ölçür.

İşəgötürənlərin düşüncə tərzinizi öyrənmək məqsədilə də qəribə suallar vermələri mümkündür. Məsələn, sizə “Əgər bir ağac olsaydınız, hansı növ ağac olardınız?” kimi gözlənilməz bir sual verilsə, təəccüblənməyin. İşəgötürən burada konkret bir cavab axtarmır, əksinə cəldliyinizi və cavabınızı məntiqli izahla dəstəkləyə biləcəyinizi yoxlayır.

İş görüşməsinə hazırlaşarkən hər işə qəbul menecerinin soruşduğu əsas müsahibə suallarını cavablandırmağa hazır ola bilərsiniz, bəlkə də o sualları əzbər bilirsiniz. Lakin eyni zamanda daha çətin suallara da hazırlıqlı olmalısınız. İş görüşmələrində həmişə ən azı bir neçə çətin sual olduğu müşahidə edilir.

Bu cür suallara cavab verərkən əvvəlki iş təcrübələrinizdən xüsusi nümunələr verməyə çalışın, xüsusən də bu təcrübələrin sizi işçi kimi necə formalaşdırdığını vurğulayın.  

Bu yazımızda ən çox rast gəlinən çətin müsahibə suallarını araşdırmışıq.

1. Ən böyük zəifliyiniz nədir?

Güclü və zəif tərəfləriniz haqqında danışmağınız tələb oluna və ya iki ayrı sual şəklində sizdən soruşula bilər. Güclü və zəif tərəfləriniz eyni zamanda soruşulsa, əvvəlcə zəif tərəflərinizi müzakirə edin. Nəticədə sonda güclü tərəfələrinizi vurğulayacaq və nitqinizi müsbət fikirlə sonlandıracaqsınız. Bu müsahibə zamanı  sizə üstünlük qazandırır.

Zəif tərəflərinizi müzakirə edərkən bacarıq, vərdişlər və ya şəxsiyyət xüsusiyyətləri ilə əlaqəli nümunələr çəkin. Müraciət etdiyiniz sahədən asılı olaraq, hansına diqqət ayıracağınıza öncədən qərar verin. Məsələn, satış və ya müştəri xidməti rolu üçün müsahibinizə şəxsi xüsusiyyətlərinizi eşitmək daha çox maraqlı ola bilər. Əmin olun ki, seçimlərinizin heç biri qətiliklə səhv və ya düzgün deyil. Sadəcə olaraq, müraciət etdiyiniz işə uyğun cavablar verməyə çalışın. Cavabınız nə olursa olsun zəifliyinizi aradan qaldırmaq üçün addım atdığınızı vurğulamağı unutmayın.

Pis cavablar:

Yaxşı cavablar:

2. Güclü tərəfləriniz hansılardır?

Sizdən güclü tərəflərinizi soruşmaqda müsahibin məqsədi budur:

Sadəcə güclü tərəfiniz deməklə kifayətlənsəniz bu uyğun cavab olmayacaq. Cavab verərkən müsahib sizdən nümunələr gözləyəcək. Beləliklə, uyğun cavab vermək üçün cavabınızda yuxarıdakı 3 məqamı çatdırmalı və gücün real həyatda uyğun bir nümunəsini göstərməlisiniz.

Dünyadakı ən çalışqan və zaman idarəçiliyində əla bir insan olduğunuzu iddia edə bilərsiniz, ancaq bir nümunə gətirməsəniz cavabınız heç nəyə təsir etmir.

Güclü tərəflərinizi müəyyən etdikdə bu cəhətləri necə və harda istifadə etdiyinizi düşünün.

Nə baş verib? Bu vəziyyətə necə reaksiya vermisiniz? Güclü tərəfləriniz problemi həll etməyə necə kömək edib?

Əsasən, suala cavab vermək üçün düsturlu yanaşma bu şəkildədir:

 

3. Niyə sizi işə götürməliyik?

Bu kimi bir çətin müsahibə sualların sizi çıxılmaz vəziyyətə salmasına yol açmayın. Bu suala ən yaxşı cavab sizi rəqiblərinizdən fərqləndirən cəhətlərin müəyyənləşdirilməsidir.

Bu suala cavab hazırlamazdan əvvəl iş elanındakı tələbləri yaxşı oxuduğunuzdan əmin olun. Elanındakı tələblərə əsasən cavab hazırlayaraq işə götürmə menecerinə iş üçün ən yaxşı namizəd olduğunuzu sübut edə bilərsiniz.

Pis cavablar:

Yaxşı cavablar:

 

4. Əvvəlki işinizdə xoşunuza gəlməyən cəhət nədir?

"Son işinizin ən pis tərəfi nə idi?" və ya "Niyə son işinizi bəyənmədiniz?" - bu suallara cavab verərkən səmimi olmaqla birlikdə, neqativ fikirlərdən uzaq durmağa çalışın. Bu müsahibə sualının məqsədlərindən biri müraciət etdiyiniz işdən nə gözlədiyinizi müəyyən etməkdir. Əvvəlki işdəki şərtlərdən narazı idinizsə və yeni işdəki şərtlər oxşardırsa, yenidən narazı ola bilərsiniz. Unutmayın ki, son işinizdən nifrət etsəniz də, ordakı işçilər haqqında heç vaxt pis danışmamalısınız.

Pis cavablar:

Yaxşı cavablar:

5. İş yoldaşınız ilə mübahisə zamanı necə davranarsınız?

İş yoldaşları arasındakı fikir ayrılıqları qaçılmazdır, lakin gələcək işəgötürənlərə bu məsələləri həll etmək üçün necə davranacağınızı göstərmək çox vacibdir.

Bu sual verildikdə dinləmə və ünsiyyət bacarıqlarına, empatiya qabiliyyətinə malik olduğunuzu, problemi effektiv şəkildə həll edə biləcəyinizi bir sözlə şəxslərarası münasibətlərdə yaxşı olduğunuzu bildirməyə çalışın.

Pis cavablar:

Yaxşı cavablar:

Çətin müsahibə suallarını cavablandırmaq, şübhəsiz ki, iş axtarışı prosesinin ən əsəb verici hissələrindən biridir. Xoşbəxtlikdən, narahatlığınızı sovuşdurmağın bir yolu nə ilə qarşılaşacağınızı bilmək və əvvəlcədən çətin müsahibə suallarına ağıllı cavablar hazırlamaqdır.

Uğurlar!



23-10-2023, 22:38
Вернуться назад