11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Qoç bürcü (21 mart - 20 aprel)

Qoç bürcü (21 mart - 20 aprel)
Od işarəsidir. Marsın himayəsi altındadır. Xarakteri güclüdür. Hökmlüdür. Bu işarə altında dünyaya gələn adamlar qüvvətli və çevik olurlar. Onlarda rəhbərlik istedadı vardır. Kişilərin və qadınların ümumi cəhətləri aşağıdakılardır: nikbinlik, şöhrətpərəstlik, bir qədər tez qızışmaq, şişirtməyə meyl.
Kişilər təcavüzkarlığı, nəzakətsizliyi ilə fərqlənir başqalarının mənafeyi və iradəsi ilə hesablaşmırlar. Hərəkət etməyi, iş görməyi xoşlayırlar. Onlarda ədalət hissi güclüdür. QOÇ səbirsiz, hövsələsiz olduğuna, diplomatiya bacarmadığına görə tez-tez çətin vəziyyətə düşür. QOÇUN həyatının başlıca mənası işdir. Möhkəm iradəsi, cəsarəti və ayıqlığı ilə fərqlənən QOÇ yaxşı hakim, sərkərdə, jurnalist, inzibatçı ola bilər. Lakin kobudluğu və müstəqilliyi buna mane olur.

KİŞİ-QOÇLAR demək olar həmişə yaxşı, vicdanlı əməkçilərdir. Zahirən sağlam görünsələr də, canları zəifdir. QOÇLARIN demək olar hamısının əsəb sistemi çox zəifdir: onlar tez qızışırlar, kobuddurlar, təmkinli deyillər. KİŞİ-QOÇLAR bədxasiyyətləri ucbatından çox vaxt ailəcanlı olmurlar, burada hər şey qadının diplomatiyasından və nəzakətindən asılıdır. QADIN-QOÇ. Bu işarə altında dünyaya gələn qadınların demək olar hamısının peşəsi vardır. Onlar kişi ixtisaslarına asanlıqla yiyələnirlər, nikahda ağalıq etməyə çalışırlar.
İşarələrin qarşılıqlı münasibətləri: ŞİR, ƏKİZLƏR, OXATAN ilə ittifaq uğurludur. Bu işarələr öz sakitliyi və fəlsəfəyə məhəbbəti ilə QOÇU ram edirlər, həm DOLÇA ilə, həm də TƏRƏZİ ilə QOÇ arasında böyük fiziki cazibə vardır. OĞLAQ, XƏRÇƏNG, BALIQLAR və ƏQRƏB ilə ittifaq əlverişli deyildir. QIZ və BUĞA ilə münasibətlər soyuqdur.
Bürclər
Bürclərin cəlbedicilik reytinqi - Bəs siz hansı yerdəsiniz?

Bürclərin cəlbedicilik reytinqi -...

Bürclər
Pələng ilindən nə gözləyək? - PROQNOZ

Pələng ilindən nə gözləyək? -...

Bürclər
Günün qoroskopu: Ailədə harmoniya və qarşılıqlı anlaşma hökm sürəcək

Günün qoroskopu: Ailədə harmoniya...

Bürclər
Ulduz falı qadına lotereyada cekpot qazandırdı

Ulduz falı qadına lotereyada cekpot...

Bürclər
Anadangəlmə 'bədbəxt' 4 bürc

Anadangəlmə 'bədbəxt' 4 bürc...

Bürclər
Oğlaq bürcü

Oğlaq bürcü...

Комментарии (0)