11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

İstirahət gününün ulduz falı - 16 sentyabr

İstirahət gününün ulduz falı - 16 sentyabr
İstirahət gününün ulduz falı - 16 sentyabr


MAY.AZ istirahət gününün - 16 sentyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç - İstirahət günü olmasına baxmayaraq, karyeranızla bağlı önəmli məsələlər həllini tələb edir. Etibar etdiyiniz, inandığınız insanlarla işləməyə üstünlük verin. Təmkinli, diplomatik, səbrli olun. Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin.

Buğa - Sürprizlərlə zəngin gündür. Hadisələr spontan inkişaf edəcək, bəzi məqamlarda isə problemlərin sayı artacaq. Günün ikinci yarısında kənardan müdaxilə və ya təsir planlarınızı alt-üst edə bilər. Ruhdan düşməyin. Axşam saatlarında normal istirahət edin.

Əkizlər - Diqqət mərkəzində olacaqsız. Nöqsanlarınız gözə çarpacaq. Ailə üzvlərindən biri ilə münasibətlərdə çətinliklər yaranacaq. Dediklərinizə çox sərt reaksiya veriləcək. Tənqidlər sizi ruhdan salmasın. Yaşananlar ötəri xarakterlidir. Səhhətinizi düşünün.

Xərçəng - Bütün münasibətlərdə maksimum diqqətli olun. Şəxsi və işgüzar müstəvidə baş verən narazılıqları diplomatik qabiliyyətinizi işə salıb, yoluna qoyun. Münasibətləri indi düzəltməsəniz, uzunmüddətli münaqişəyə çevrilə bilər.

Şir - Hormoniya və uğur vəd edən gündür. Hətta sizə rəğbət bəsləməyən insanlarla dil tapa biləcəksiniz. Yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, irəliləyiş olacaq. Ailənin bütün üzvləri ilə bağlı planların müzakirəsi və həyata keçirilməsi üçün yaxşı zamandır.

Qız - Ehtiyatlı və sayıq olun. İintriqanın qurbanına çevrilə bilərsiniz. Ən yaxın bildiyiniz insanlar sizi çətinliklə anlayacaq. Onları başa düşməyə çalışın. Yaranan problemləri ürəyinizə salmayın. Bu gün yaşadıqlarınız sizə həyat təcrübəsi qazandıracaq.

Tərəzi - Gərgin gündür, əhvalınızın pisləşməsini istəmirsizsə, bu gün aktivlik nümayiş etdirməyin. Onsuz da özünüzü yorğun hiss edirsiz, enerjinizin tükəndiyini düşünürsüz. Günün ikinci yarısında əhvalınızı yaxşılaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edin. İstirahət şərtdir!

Əqrəb - Gün uğurlu başlanacaq. Tənbəl olmayın. Bütün diqqətinizi karyera və işgüzar fəaliyyətinizə yönəltsəniz, qarşınızda yeni qapılar açılacaq. Faydalı tanışlıqlar sizə mövqelərinizi möhkəmlətməyə kömək edəcək. Yeni tanışlarla ünsiyyət sizdə pozitiv əhval-ruhiyyə yaradacaq.

Oxatan - Rəngarəng gündür. İşgüzar insanlara sərfəli təklif edilə bilər, buna görə də müvəqqəti kiçik çətinliklər üzündən ondan imtina etməyin. Qətiyyətli olun. Özünüzü çox yormayın, fiziki işlərdən uzaq olun. Macəra axtarmağın zamanı deyil. İmkan tapsanız, dincəlin. Özünüzü unutmayın!

Oğlaq - Müdriklik nümayiş etdirin, yalnız bu yolla düşünülməmiş adddımlardan qaça bilərsiz. Günü sakit ailə şəraitində keçirin. Təkəbbürdən və qısqanclıqdan uzaq olsanız, həm şəxsi, həm də işgüzar sahələrdə hormoniya gözlənilir. Öz yükünüzü tərəf müqabilinizin çiyninə yükləməyin. ğ

Dolça - Gözəl gündür. Dostlarla ünsiyyət qurun, qonaq gedin. Bir sözlə, əylənin. Uşaqlara diqqət yetirin; sizin qayğınızla həll olunacaq problemləri yarana bilər. Ailə münasibətlərini önəmsəyin.

Balıqlar - Əyləncəli gündür. Səyahət və gəzinti üçün hazırlığa başlaya bilərsiz. İstənilən işdə şansınız gətirəcək. Hadisələrin gedişatını öz xeyrinizə dəyişə biləcəksiz. Axşam saatlarında yaxınlarınızın problemləri ilə maraqlanın. Onların sizə ehtiyacı var.
Bürclər
Bürclərin cəlbedicilik reytinqi - Bəs siz hansı yerdəsiniz?

Bürclərin cəlbedicilik reytinqi -...

Bürclər
Pələng ilindən nə gözləyək? - PROQNOZ

Pələng ilindən nə gözləyək? -...

Bürclər
Günün qoroskopu: Ailədə harmoniya və qarşılıqlı anlaşma hökm sürəcək

Günün qoroskopu: Ailədə harmoniya...

Bürclər
Ulduz falı qadına lotereyada cekpot qazandırdı

Ulduz falı qadına lotereyada cekpot...

Bürclər
Anadangəlmə 'bədbəxt' 4 bürc

Anadangəlmə 'bədbəxt' 4 bürc...

Bürclər
Oğlaq bürcü

Oğlaq bürcü...

Комментарии (0)