11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Bu gün Milli Qəhrəman Əliyar Əliyevin şəhadətə ucaldığı gündür

Bu gün Milli Qəhrəman Əliyar Əliyevin şəhadətə ucaldığı gündür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin şəhid olduğu günüdür.
Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub.

1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.
Milli Qəhrəmanımız Yunan-Roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş səkkiz nəfər respublika və SSRİ çempionu olub, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri, Heydər Məmmədəliyev isə güləş üzrə dünya çempionu olub.
Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib.
1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.
O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib.
Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub.
"Tikanlı zəmi" yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.
Digər işğal altında olan torpaqlarımızla birlikdə Qubadlı da düşmən tapdağından azad edildikdən sonra Milli Qəhrəmanımızın qəbri bərpa olunub, məzardaşı hazırlanaraq ətrafı səliqəyə salınıb.
Allah rəhmət eləsin!
Tarixdə bu gün
28 May-Müstəqillik, 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü oldu

28 May-Müstəqillik, 18...

Xeberler / Tarixdə bu gün
Bu gün Beynəlxalq Qadınlar Günüdür

Bu gün Beynəlxalq Qadınlar Günüdür...

Tarixdə bu gün
Tarixdə bu gün: 1 mart

Tarixdə bu gün: 1 mart...

Tarixdə bu gün
Azərbaycan xalqının qurtuluşu

Azərbaycan xalqının qurtuluşu...

Tarixdə bu gün
"Qafqazinfo" 14 yaşında!

"Qafqazinfo" 14 yaşında!...

Tarixdə bu gün
"ASAN xidmət"in yaradılmasından 12 il ötür

"ASAN xidmət"in yaradılmasından 12...

Комментарии (0)