DataLife Engine / 5 MART

5 MART

2005-ci il. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü. Bu gün Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən təsis edilib. 


1992-ci il. Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında Xocalı faciəsi ilə bağlı müzakirələrə başlanılıb. 


1827-ci il. Məşhur italyan fizik Alessandro Volta vəfat edib. O, batareyanın ixtiraçısı kimi tanınır, Luici Qalvani ilə birlikdə elektrik dövrünün yaradıcısı sayılır. 


1979-cu il. “Voyager-1” adlı kosmik aparat ilk dəfə Yupiter planetinə yaxınlaşıb. Yupiter və Saturnun öyrənilməsi üçün nəzərdə tutulan aparat bu planetlərin və onların peyklərinin ilk dəfə müfəssəl şəkillərini çəkməyə nail olub


5-03-2016, 12:56
Вернуться назад