09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Dövlət Departamenti: "İranı məsuliyyətə cəlb etmək üçün birtərəfli fəaliyyətə davam edirik"

Dövlət Departamenti: "İranı məsuliyyətə cəlb etmək üçün birtərəfli fəaliyyətə davam edirik"
"İran öz xalqının insan haqlarına məhəl qoymamağa və bu gün çoxlu qadın və uşaq da daxil olmaqla, dinc nümayişçiləri atəşə tutmağa və öldürməyə davam edir".


"Report" xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə deyib.


Onun sözlərinə görə, Tehran hökuməti fərqli düşüncəni qarşısını almaq və dünyanı onun qəddar repressiyalarını müşahidə etməsinə, həmçinin dünyanın qadınlara qarşı dövlət tərəfindən maliyyələşdirilən zorakılığa diqqət verməsinə mane olmağa can atır:


"Lakin dünya bunu izləyir və İranda insan haqlarının pozulması nəticəsiz qalmamalıdır. Biz İran xalqının insan haqları və əsas azadlıqlarının tapdalanmasına görə İran hakimiyyətini məsuliyyətə cəlb etmək üçün birtərəfli fəaliyyətə, çoxtərəfli tədbirlərə və BMT mexanizmlərinə baş vurmağa davam edirik".


Xatırladaq ki, sentyabrın 16-da Məhsa Əmini adlı qadının düzgün taxılmamış hicaba görə əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra İranda mitinqlər başlanıb. Ölkənin güc strukturları etirazçılara qarşı zorakılıq tətbiq edir, kütləvi şəkildə həbs edir. Güney Azərbaycanın da bir çox şəhərlərində geniş vüsət alan etirazlarda indiyədək 402 nəfər həlak olub.
Dünya
İranda 4,9 bal gücündə zəlzələ olub

İranda 4,9 bal gücündə zəlzələ olub...

Dünya
İsraildə Qərbi Nil qızdırmasından 11 nəfər ölüb

İsraildə Qərbi Nil qızdırmasından...

Dünya
İki həftədir girov götürülən qadın 8 Mart-da xilas oldu

İki həftədir girov götürülən qadın...

Dünya
Zibilə atılan 5 dollarlıq lotereya bileti ilə 200 000 dollar uduldu

Zibilə atılan 5 dollarlıq lotereya...

Siyasət / Dünya
İmran Xandan diqqətçəkən açıqlama - "Diriliş Ərtoğrul"u izləyin

İmran Xandan diqqətçəkən açıqlama -...

Dünya
Günəş Sistemində yeni planet kəşf edildi

Günəş Sistemində yeni planet kəşf...

Комментарии (0)