09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

İranda inqilab qalib gəlsə NƏ BAŞ VERƏCƏK? - Yaxın 2 həftə ərzində ...

İranda inqilab qalib gəlsə NƏ BAŞ VERƏCƏK? - Yaxın 2 həftə ərzində ...
"İranda Suriya olaylarının təkrarlanması ən çox gözlənilən ssenarilərdən biridir".
Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, hərbi ekspert Aqil Rüstəmzadə bildirib.
O qeyd edib ki, molla-fars rejiminin ələyi ələnib, xəlbiri göydə fırlanır:
"İran hökumətinin ölkənin böyük parçası üzərində kontrolu itirəcəyi halda Azərbaycan və Türkiyə böyük ehtimalla etnik azərbaycanlıların yaşadığı Güney Azərbaycan ərazisində terror və humanitar fəlakət ocağının yaranmasına yol verməzlər.
Biz orada əhalinin həlak olmasını, humanitar fəlakət və o bölgələrin "boz bölgələrə" çevrilməsi risklərini önləməliyik.
Xəritədə həmin ərazilər qırmızı rəngdə göstərilib
Artıq İranda etirazlar qarşıdurma mərhələsinə keçib, İranın qərbində və digər ərazilərdə bu qarşıdurma silahlı mübarizə şəklini alıb. Hakimiyyət bu ərazilərə SEPAH-ın quru bölmələrini göndərib. Elitada hökm sürən əhval-ruhiyyə ilə bağlı məlumatlar ehtimal ssenariləri səsləndirmək üçün yetərli deyil.
Lakin hazırda İranın sabitliyi pozan ən dərin daxili böhrana girdiyi aydındır. İrandakı molla-fars rejimi etirazları qan içində boğur. Bu da vəziyyəti sabitləşdirə, əvvəlki halına qaytara bilməyəcək.
Etirazçıların əsas tələblərindən biri də milli hökümətdir. Xatırladıram ki, İran əhalisi əsasən 4 etnik qrupdan - farslar, azərbaycanlılar, kürdlər, ərəblərdən formalaşır.
Əgər inqilab qalib gəlsə, o zaman böyük ehtimalla İran xalqlar arasında parçalanacaq. İndi yalnız bir şeyi proqnozlaşdırmaq olar, rejim yaxın 1-2 həftə ərzində sabit qalacaq".
Dünya
İranda 4,9 bal gücündə zəlzələ olub

İranda 4,9 bal gücündə zəlzələ olub...

Dünya
İsraildə Qərbi Nil qızdırmasından 11 nəfər ölüb

İsraildə Qərbi Nil qızdırmasından...

Dünya
İki həftədir girov götürülən qadın 8 Mart-da xilas oldu

İki həftədir girov götürülən qadın...

Dünya
Zibilə atılan 5 dollarlıq lotereya bileti ilə 200 000 dollar uduldu

Zibilə atılan 5 dollarlıq lotereya...

Siyasət / Dünya
İmran Xandan diqqətçəkən açıqlama - "Diriliş Ərtoğrul"u izləyin

İmran Xandan diqqətçəkən açıqlama -...

Dünya
Günəş Sistemində yeni planet kəşf edildi

Günəş Sistemində yeni planet kəşf...

Комментарии (0)