09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Robotlar tərəfindən idarə olunan ilk kafe

Robotlar tərəfindən idarə olunan ilk kafe
Təəccüblü dərəcədə insanabənzər robotun idarə edəcəyi ilk kafe bu il Dubayda açılacaq. Sifarişləri hazırlayan robot kassa ilə də məşğul olacaq.
Öz sahəsində bir ilk olan "Donna Cyber Cafe"nin bu il Dubayda açılması planlaşdırılır. Kafedə insanların köməyi olmadan dondurma və kofe veriləcək. Kafeni idarə edəcək robot "Donna" avropalı supermodel Diana Qabdullinanın tam surətidir.
Donna real insan kimi dizayn edilib və insan kimi hərəkət edə bilir. Silikon dəriyə və olduqca realist gözlərə sahib olan robot müştərilərin mimikalarını oxuyub başa düşməsi ilə yanaşı, bir çox mimika da edə bilir.
Robot Donnanın yaradıcıları arabir istehzalı ifadələr işlətsə də, onun xasiyyətli xarakter və məsuliyyətli kafe işçisi olduğunu deyirlər. Rusiya istehsalı olan robotun əsl adı Robo-C2-dir. Robot insan kimi danışmaq və hərəkət etmək üçün proqramlaşdırılıb.
Kafenin həftənin 7 günü, günün 24 saatı açıq olacağı gözlənilir ki, bu da ona rəqibləri üzərində üstünlük verir. Kafedə dondurma maşını, soyuq içki fontanı və qəhvə maşını olacaq. İstehlakçılar ödənişlərini özünəxidmət terminalından etdikdən sonra istədikləri məhsullar robot qolları ilə onlara veriləcək.
Digər tərəfdən, xidmət sektorunda işləmək üçün robotlar istehsal edən şirkət bir çox insanın işsiz qalacağına dair narahatlıq yaradır. Robotların istismar dəyəri köhnə modellər üçün gündə 1000 dollara, yeni modellər üçün isə 2000 dollara çata bilər. Robotun alınmasının qiyməti hələ ki, açıqlanmır.
Ülkər Rəhmanqızı
Dünya
İranda 4,9 bal gücündə zəlzələ olub

İranda 4,9 bal gücündə zəlzələ olub...

Dünya
İsraildə Qərbi Nil qızdırmasından 11 nəfər ölüb

İsraildə Qərbi Nil qızdırmasından...

Dünya
İki həftədir girov götürülən qadın 8 Mart-da xilas oldu

İki həftədir girov götürülən qadın...

Dünya
Zibilə atılan 5 dollarlıq lotereya bileti ilə 200 000 dollar uduldu

Zibilə atılan 5 dollarlıq lotereya...

Siyasət / Dünya
İmran Xandan diqqətçəkən açıqlama - "Diriliş Ərtoğrul"u izləyin

İmran Xandan diqqətçəkən açıqlama -...

Dünya
Günəş Sistemində yeni planet kəşf edildi

Günəş Sistemində yeni planet kəşf...

Комментарии (0)