09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Amazonda quraqlıq son 10 ildə ən pis səviyyədədir

Amazonda quraqlıq son 10 ildə ən pis səviyyədədir
Amazon hövzəsindəki ekvatorial tropik meşə bölgəsində Braziliyanın Amazonas əyalətində baş verən quraqlıq son 20 ilin ən pis quraqlıqlarından birinə çevrilib.
Məlumata görə, quraqlıq səbəbindən Amazonun Solimoyns, Purus, Jurua, Madeyra və Rio-Neqro kimi böyük qollarında suyun səviyyəsi hər gün 20 sm azalır. Bu, keçən illə müqayisədə iki dəfə sürətli, lakin 2005 və 2010-cu illərdəki genişmiqyaslı quraqlıqlarla müqayisədə daha yavaşdır. Meteoroloqlar bildirirlər ki, Braziliyanın şimalında yağıntının miqdarı orta səviyyədən aşağıdır.
Nəticə etibarı ilə federal hakimiyyət orqanları yerli çay nəqliyyatının təqribən 40%-nin risk altında olduğunu və ya çayın dayazlaşmasının nəticələrini artıq yaşadığını təxmin edir. Amazonas ştatının 62 bələdiyyəsindən 59-da quraqlıq hökm sürür, 15-də isə vəziyyət fövqəladə vəziyyət elan edilib. Regionun qubernatoru Uilson Limanın müraciətinə cavab olaraq federal mərkəz ora humanitar yardım göndərilməsi barədə göstəriş verib. Bununla paralel olaraq hakimiyyət təbii yanğınlara və meşələrin qəsdən yandırılmasına qarşı mübarizəni gücləndirmək niyyətindədir./Oxu.az
Dünya
Türkiyədə yanğınlar davam edir: Beş bölgədə 3 583 nəfər təxliyə edildi

Türkiyədə yanğınlar davam edir: Beş...

Dünya
Beynində çip olan ilk insan artıq bunu bacarır

Beynində çip olan ilk insan artıq...

Dünya
Dostları bəyi "moyka"ya aparıb "dərman-napor"nan yudular - VİDEO

Dostları bəyi "moyka"ya aparıb...

Dünya
Hollivud ulduzu təxminən 13 min qadınla yatıb

Hollivud ulduzu təxminən 13 min...

Dünya
Filippində yaxınlarının dəfnindən qayıdanlar faciə ilə üzləşdilər: Ölənlər var

Filippində yaxınlarının dəfnindən...

Dünya
ABŞ-də atışma: Çox sayda ölən və yaralanan var

ABŞ-də atışma: Çox sayda ölən və...

Комментарии (0)