09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Dünyada meymunçiçəyinə 98 minə yaxın yoluxma qeydə alınıb

Dünyada meymunçiçəyinə 98 minə yaxın yoluxma qeydə alınıb

2024-cü ilin may ayında dünyada ən azı 646 mpoxa (meymunçiçəyi üçün yeni ad) yoluxma halı müəyyən edilib, 15-i ölümlə nəticələnib. 2022-ci ilin yanvar ayından bu günə qədər virusa yoluxanların sayı 97,7 mini keçib.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd olunub ki, 1 yanvar 2022-ci il tarixindən 31 may 2024-cü il tarixədək 116 ölkə, ərazi və regiondan 97 745 laborator təsdiqlənmiş mpox hadisəsi, o cümlədən 203 ölüm faktı ÜST-ə bildirilib.

Bu ilin mayın 1-dən mayın 31-dək 26 ölkədə 646 yeni mpox yoluxma halı müəyyən edilib ki, bu da aprel ayı ilə müqayisədə 2,3% azdır.

May ayı ərzində ən çox hal ÜST-nin üç regionunda - Afrika (bütün yoluxma hallarının 43,5%-i), Avropa (21,8%) və Amerikada (20,4%) qeydə alınıb. Mayın 31-nə olan məlumata görə, 2022-ci ilin əvvəlindən ən çox yoluxma halı ABŞ-da (32 961) qeydə alınıb.

Sonrakı onluqda Braziliya (11 212), İspaniya (8 030), Fransa (4 249), Kolumbiya (4 238), Meksika (4 109), Böyük Britaniya (3 952), Almaniya (3 847), Peru (3 812) və Çin (3 812) qərarlaşıb. Ümumilikdə halların 81%-i bu ölkələrin payına düşür. 2022-ci ilin əvvəlindən virusa yoluxanların böyük əksəriyyəti (96,4%) 29-41 yaş arası kişilərdir.



Dünya
Anemiyanın simptomları və müalicəsi necədir?

Anemiyanın simptomları və müalicəsi...

Dünya
Vaksin vurduran bu adamlara 10 min veriləcək

Vaksin vurduran bu adamlara 10 min...

Dünya
Almaniyada 334 yaşlı pivə zavodu bağlanır

Almaniyada 334 yaşlı pivə zavodu...

Dünya
Dünyanın ən yüksək maaş alan 3 ölkəsi...

Dünyanın ən yüksək maaş alan 3...

Dünya
İsrail HƏMAS-ın yüksək rütbəli zabitini məhv edib

İsrail HƏMAS-ın yüksək rütbəli...

Dünya
Bu xəbərləri yazmaq qadağan edilir - İranda YENİ QADAĞA

Bu xəbərləri yazmaq qadağan edilir...

Комментарии (0)