09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Bu bakteriya hər il yarım milyona yaxın insanı öldürür

Bu bakteriya hər il yarım milyona yaxın insanı öldürür

"Pseudomonas aeruginosa" Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ən təhlükəli patogenlər siyahısında yer alır.

Medicina.az xəbər verir ki, insanların əksəriyyəti gündəlik həyatlarında "Pseudomonas aeruginosa" ilə qarşılaşsalar da, adətən heç bir zərər görmürlər. Ancaq uyğun şərtlər yarandıqda bu bakteriya bədənin müdafiə sistemini yararaq ölümcül ola bilir.

Kembric Universitetinin alimlərinin rəhbərlik etdiyi tədqiqatçılar dünyanın müxtəlif yerlərində, bəziləri 1900-cü ilə aid olan insan, heyvan və s. qalıqlarından təxminən 10 min bakteriya nümunəsi toplayıblar. Beləliklə, "Pseudomonas aeruginosa" ilə yaxından əlaqəli 596 virus növündən ibarət genetik "nəsil ağacı" yaradılıb.
Xəstəliklərin əksəriyyətinin onlardan 21-i ilə əlaqəli olduğu müəyyən edilib.

Son 200 ildə sürətlə inkişaf edən bu virus növlərinin təhlükəli infeksiyalara səbəb olduğu üzə çıxıb.

Hər il yarım milyona yaxın insan bu bakteriya səbəbilə ölür. Buna səbəb onun antibiotikə davamlı olmasıdır.

Elm adamları son 200 ildə daha çox izdihamlı yaşayış məntəqələrinin salınması və bunun nəticəsində havanın çirklənməsinin insanları infeksiyaya qarşı həssaslaşdırdığını, həmçinin bu bakteriyaların sürətlə yayılmasına səbəb olduğunu düşünürlər.

Təyyarə yanacağında belə yaşaya bilən bu bakteriya güclü uyğunlaşma qabiliyyəti ilə xəstəxana şəraitində də ölümcül ola bilər.

Kistik fibroz və bronşektazi kimi xroniki ağciyər xəstəliklərindən əziyyət çəkən və xəstəxanada müalicə olunan insanlar bu bakteriyaya qarşı xüsusilə həssasdırlar.

Məlum olub ki, bakteriyanın bəzi növləri kistik fibrozlu xəstələrdə inkişaf edir, onunla mübarizə aparmalı olan makrofaqlarda yerləşərək immun sistemindən yayınır.

"Klinik baxımdan baxsaq, bu araşdırmanın Pseudomonas haqqında əhəmiyyətli məlumat verdiyini görürük. Bizim diqqətimiz həmişə bu infeksiyanın kistik fibroz xəstələri arasında necə asanlıqla yayıldığına yönəlib. Lakin məlum olur ki, o, digər xəstələr arasında da həyəcan verici dərəcədə asanlıqla yayıla bilər. Bu məlumat həm də daha effektiv təcrid tədbirlərinin işlənib hazırlanmasına ehtiyac olduğu qənaətinə gətirib çıxarır", - deyə tədiqqatçı Andres Floto deyib.

Qeyd edək ki, bir çox ölkədən alimlərin daxil olduğu tədqiqatın nəticələri "Science" elmi jurnalında dərc olunub.


Dünya
Anemiyanın simptomları və müalicəsi necədir?

Anemiyanın simptomları və müalicəsi...

Dünya
Vaksin vurduran bu adamlara 10 min veriləcək

Vaksin vurduran bu adamlara 10 min...

Dünya
Almaniyada 334 yaşlı pivə zavodu bağlanır

Almaniyada 334 yaşlı pivə zavodu...

Dünya
Dünyanın ən yüksək maaş alan 3 ölkəsi...

Dünyanın ən yüksək maaş alan 3...

Dünya
İsrail HƏMAS-ın yüksək rütbəli zabitini məhv edib

İsrail HƏMAS-ın yüksək rütbəli...

Dünya
Bu xəbərləri yazmaq qadağan edilir - İranda YENİ QADAĞA

Bu xəbərləri yazmaq qadağan edilir...

Комментарии (0)