09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

Spartakın qoşunu ilə Roma ordusu arasında döyüşün yeri tapıldı

Spartakın qoşunu ilə Roma ordusu arasında döyüşün yeri tapıldı

ABŞ və İtaliyadan olan beynəlxalq arxeoloqlar qrupu Spartakın üsyanına qarşı Roma qoşunları tərəfindən tikilmiş qədim daş divar tapıb.

Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, istehkamlar İtaliyanın Kalabriya bölgəsindəki Dossone della Melia meşəsində aşkarlanıb.

Spartak eramızdan əvvəl 73-cü ildə antik tarixdə ən böyük kölə üsyanına rəhbərlik edən Trakiya qladiatoru olub.

Alimlər belə qənaətə gəliblər ki, romalılar divarın köməyi ilə Spartak və onun döyüşçülərini tələyə salmağa çalışıblar. Daş konstruksiya təxminən 2,7 km məsafəyə uzanıb.

Mütəxəssislər bir vaxtlar istehkamlar boyunca qazılmış dərin xəndəyin qalıqlarını da aşkarlayıblar.

Arxeoloqlar hesab edirlər ki, divar Spartakın ordusunun hərəkətinin qarşısını almaq və onu tələyə salmaq üçün eramızdan əvvəl 71-ci ildə Roma sərkərdəsi Markus Krass tərəfindən sifariş edilib.

Süni maneənin yaxınlığında müxtəlif silahlar da daxil olmaqla cürbəcür çoxsaylı artefaktlar - qılınclar, əyri bıçaqlar, ox və nizə ucları tapılıb. Silahların sayına görə, divar yaxınlığında legionerlərlə üsyankar qladiatorlar arasında genişmiqyaslı döyüş baş verdiyini demək mümkündür.


Dünya
"Bloomberg" dünyanın ən varlı insanlarının reytinqini dərc edib

"Bloomberg" dünyanın ən varlı...

Dünya
Sentyabrın ortalarında qar fırtınası baş verdi

Sentyabrın ortalarında qar...

Dünya
Çin litiuma sərmayə qoyuluşuna məhdudiyyətə görə Kanadaya etiraz edib

Çin litiuma sərmayə qoyuluşuna...

Dünya
İrana getmək istəyənlərin NƏZƏRİNƏ - Qaydalar SƏRTLƏŞDİRİLDİ

İrana getmək istəyənlərin NƏZƏRİNƏ...

Dünya
Rusiyalı məşhur teleaparıcının Nyu-Yorkda dəbdəbəli malikanəsi tapıldı

Rusiyalı məşhur teleaparıcının...

Dünya
Həkimdən DƏHŞƏTLİ ETİRAF: 100-dən çox xəstəni bu üsulla...

Həkimdən DƏHŞƏTLİ ETİRAF: 100-dən...

Комментарии (0)