09:27 Prezident: "Antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi "   ///     08:47 Azərbaycanda Dövlət Suverenliyi Günüdür   ///     08:35 İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib   ///     08:16 "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümüdür   ///     08:13 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi   ///     08:11 Prezident Qarabağ Universitetinin açılışını etdi   ///     11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///    

FLiRT: Yeni dominant COVID-19 ştammı dünyanı ələ keçirir

FLiRT: Yeni dominant COVID-19 ştammı dünyanı ələ keçirir

"Koronavirusun yeni variantı FLiRT hazırda dünyada COVID-19-un ən dominant ştammıdır"

Oxu.Az-ın məlumatına görə, BBC bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına istinadla xəbər verib.

Bildirilir ki, FLiRT əslində bu variantın qeyri-rəsmi adıdır və variantın genetik kodundakı mutasiyaların adlarından ilhamlanır. Bu variant "Omicron"un JN.1 variantının nəslindəndir.

Nəşr Con Hopkins Universitetinin məlumatlarına istinadla xəbər verib ki, FLiRT-in sünbül zülalında bu variantın bədənin anticisimlərindən yayınmasına kömək edən üç əsas mutasiya var.

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi isə onun nə qədər ağır olduğunu və yoluxuculuğunu anlamaq üçün FLiRT haqqında daha çox məlumata ehtiyac olduğunu bildirib.

Yoluxma halları

COVID-19-un yayılması artıq əvvəlki qədər sürətlə olmasa da, bir sıra ölkələrdə yoluxma halları artıb.

"British Medical Journal" Böyük Britaniyada may və iyun aylarında SARS-CoV-2 üçün testlərdə müsbət cavabların sayında artım olduğunu bildirib. London sakinləri xəstəliyin ötürülməsinin qarşısını almaq üçün hələ də maskalar taxmağa davam edirlər.

ABŞ-də yoluxma halları iyunun sonuna olan məlumata görə həftədə 1.4% artıb.

FLiRT variantının simptomları

FLiRT-ə yoluxma zamanı simptomlar digər Covid-19 variantları ilə eynidir.

ÜST bildirir ki, simptomlar adətən infeksiyadan sonra 5-6 gün ərzində görünür və bir gündən 14 günə qədər davam edir.

Ən çox görülən simptomlar: Hərarət, boğaz ağrısı.

Daha spesifik simptomlar: Əllərdə və ayaqlarda əzələ ağrısı, əzginlik, tənəffüs problemi, baş ağrısı, gözdə ağrılar, başgicəllənmə, öskürək, sinədə ağrılar, nəfəs darlığı, uyuşma, iştahasızlıq, ürəkbulanma, qusma, mədə ağrısı və ya ishal, qoxu itkisi, yuxusuzluq və s.

ÜST aşağıdakı simptomlarla qarşılaşan insanların dərhal tibbi yardım almasını tövsiyə edir: nəfəs darlığı, danışmaqda çətinlik, ürəkgetmə, sinə ağrısı, dərinin solğunlaşması və göyərməsi, hərəkətdə çətinlik.

Mövcud peyvəndlər FLiRT variantına qarşı effektivdirmi?

Amerika Yoluxucu Xəstəliklər Cəmiyyətinin sözçüsü Aaron Qlatt bildirib ki, hazırda mövcud olan vaksinlər hələ ki, yeni varianta qarşı təsirlidir.

2022-ci ildən bəri müxtəlif ölkələrin səhiyyə orqanları peyvənd istehsalçılarından COVID-19 peyvəndinin yeni versiyalarını hazırlamağı xahiş ediblər. Məqsəd peyvəndin dövriyyədə olan yeni variantlara qarşı daha təsirli olmasıdır. Avropanın səhiyyə orqanları vaksin istehsalçılarını əsasən JN.1 variantını hədəf almağa çağırıb.

Xatırladaq ki, bir neçə ay öncə Rusiyada FLiRT-ə 200-ə yaxın yoluxma qeydə alınıb.


Dünya
"Bloomberg" dünyanın ən varlı insanlarının reytinqini dərc edib

"Bloomberg" dünyanın ən varlı...

Dünya
Sentyabrın ortalarında qar fırtınası baş verdi

Sentyabrın ortalarında qar...

Dünya
Çin litiuma sərmayə qoyuluşuna məhdudiyyətə görə Kanadaya etiraz edib

Çin litiuma sərmayə qoyuluşuna...

Dünya
İrana getmək istəyənlərin NƏZƏRİNƏ - Qaydalar SƏRTLƏŞDİRİLDİ

İrana getmək istəyənlərin NƏZƏRİNƏ...

Dünya
Rusiyalı məşhur teleaparıcının Nyu-Yorkda dəbdəbəli malikanəsi tapıldı

Rusiyalı məşhur teleaparıcının...

Dünya
Həkimdən DƏHŞƏTLİ ETİRAF: 100-dən çox xəstəni bu üsulla...

Həkimdən DƏHŞƏTLİ ETİRAF: 100-dən...

Комментарии (0)