11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Türkiyə hotellərində "hər şey daxil" sistemi ləğv edilir?

Türkiyə hotellərində "hər şey daxil" sistemi ləğv edilir?

"Turizmdə maraqlı tərəflər "hər şey daxil" sistemindən şikayətlənsələr də, iş düyməyə basmağa gələndə kimsə addım atmır".

Oxu.Az-ın "Hürriyet"ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Aralıq Dənizi Turistik Hotelçilər və Sahibkarlar Dərnəyinin İdarə Heyətinin üzvü, "Cornelia Diamond Golf Resort&SPA" hotelinin baş direktoru Zafer Alkaya nəşrə müsahibəsində danışıb.

Onun sözlərinə görə, bir zamanlar "hər şey daxil"dən qazanc əldə edən Türkiyə artıq yeni imkanlar barədə düşünməlidir.

"Bu sistem illər əvvəl inkişaf və sıçrayış mərhələsində olan turizm hərəkatımız üçün çox əhəmiyyətli bir çıxış yolu oldu. Bu sahədə əldə etdiyimiz uğurlu nəticələr, təbii ki, danılmazdır. Amma illər sonra içindən keçdiyimiz bu yeni proseslərdə bu məsələ masaya yatırılaraq yenidən müzakirə edilməlidir. Bütünlüklə bu sistem üzərində israr etmək isə gələcəkdə yeni problemlərlə qarşılaşmağımıza səbəb ola bilər.

Nəticədə "hər şey daxil" sistemi artıq bir tabu kimi qəbul edilməməlidir.

Digər tərəfdən, sektorumuzla bağlı başqa mühüm bir reallıq odur ki, turistləri qəbul etdiyimiz bazarlar baxımından çeşidimizi genişləndirməliyik. Həmişə tanıdığımız və vərdiş etdiyimiz üsullarla irəliləməyə çalışmaqdan qəti şəkildə imtina etməliyik", - deyə Zafer Alkaya qeyd edib.

"Turizm işində maraqlı olan kiminlə danışsanız, illərdir "hər şey daxil" sistemindən şikayətlənir. Hotel sahibi, vətəndaş cəmiyyəti qurumları, agentliklər, kiçik biznes sahibləri, bələdiyyə sədrləri, siyasətçilər, hətta nazirlər belə… İş düyməni basmağa gələndə isə ətraf birdən-birə boşalır. Bir zamanlar "hər şey daxil"dən qazanc əldə edən Türkiyə artıq yeni imkanları nəzərdən keçirməlidir. Üstəlik, bəlkə də bunun vaxtıdır... Niyə? Çünki bu il turizm obyektlərinin doluluq dərəcələrində problem var", - deyə o əlavə edib.


Dünya
Dünyanın ən böyük ağ almazı satılır

Dünyanın ən böyük ağ almazı satılır...

Dünya
Dünyanın ən nadir brilyantı bu qiymətə satıldı

Dünyanın ən nadir brilyantı bu...

Dünya
Rusiyada 10 minə yaxın miqrant müharibəyə göndərilib

Rusiyada 10 minə yaxın miqrant...

Dünya
İngiltərədə bıçaqlı şəxs qarşısına çıxan hər kəsi bıçaqlayıb

İngiltərədə bıçaqlı şəxs qarşısına...

Dünya
Ermənistanda əsgər güllələnərək öldürülüb, xidmət yoldaşı saxlanılıb

Ermənistanda əsgər güllələnərək...

Dünya
İsrail əsgərləri 25 fələstinlini əsir götürüb

İsrail əsgərləri 25 fələstinlini...

Комментарии (0)