11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

"Dünyada bütün cinayətləri törədən Pavel Durov" - Qərb özünü növbəti dəfə ifşa etdi

"Dünyada bütün cinayətləri törədən Pavel Durov" - Qərb özünü növbəti dəfə ifşa etdi

"Telegram" sosial şəbəkəsinin qurucusu və baş direktoru Pavel Durovun Fransada həbs edilməsi bütün dünya gündəmini zəbt edib. Xüsusən də onun həbs olunduğu vaxt və ittiham edildiyi cinayətlər hazırda əsas müzakirə mövzusudur. Ona görə də mətləbə keçməzdən əvvəl Durovun kimliyi, ittiham edildiyi cinayətlər və bəzi şübhəli məqamlara nəzər salmaq labüddür ki, gəldiyimiz qənaət konspiralogiyadan daha çox, reallığı əks etdirsin.

Pavel Durov 1984-cü ildə Sankt-Peterburq şəhərində anadan olub. Atası rus, anası ukraynalıdır. O daha çox, "VKontakte" sosial şəbəkə saytının və "Telegram" proqramının qurucusu kimi tanınır. Durov həm də Fransa və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığına malik sahibkardır. O, 2014-cü ildə "VK"nın baş direktoru vəzifəsindən azad ediləndən sonra Rusiyanı tərk edib və geri qayıtmaq fikrində olmadığını bildirib. Bir müddət Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Sent-Kits və Nevis Federasiyasının vətəndaşı kimi könüllü sürgün (insanın öz razılığı ilə mənimsədiyi sürgün həyat tərzi) qismində dünya səyahətinə çıxıb. 2017-ci ildə Finlandiyanın nümayəndəsi kimi Dünya İqtisadi Forumunun Gənc Qlobal Liderlər qrupuna qoşulub. Durov 2021-ci ilin avqustunda Fransa vətəndaşlığına qəbul edilib və buna görə də hazırda Avropa İttifaqı vətəndaşlığına sahibdir.

Pavel Durov 2024-cü ilin avqustunda Rusiya Prezidenti Vladimir Putin Azərbaycanda səfərdə olarkən Bakıya gəlsə də, avqustun 20-də Putinin onunla görüşməkdən imtina etdiyi barədə məlumat yayılıb. Bundan bir neçə gün sonra Durov Fransada "persona non grata" - "arzuolunmaz şəxs" elan edilib. Əvvəlcə onun bunu bildiyi halda Fransaya getməsi təəccüb doğursa da, sonradan məlum olub ki, sözügedən qərar onun təyyarəsi havaya qalxanda verilib və təbii ki, Durovun bundan xəbəri olmayıb.

Avqustun 26-da Kremlin mətbuat katibi Dmitri Peskov məlumatı təkzib edərək Durovun nədə ittiham edildiyi barədə xəbərsiz olduqlarını bildirib.

Fransa hakimiyyəti hesab edir ki, "Telegram"da moderasiyanın olmaması və Durovun hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməkdən boyun qaçırması onun narkotik alverində, mərc oyunlarında, uşaqlara qarşı cinayətlərdə və fırıldaqçılıqda birbaşa əlinin olmasının sübutudur. Əgər ittiham edildiyi cinayətlər təsdiqini tapsa, onu 20 ilə qədər həbs cəzası gözləyir. Ötən gün isə Fransa məhkəməsi "Telegram"ın təsisçisinin həbs müddətini uzadıb.

Paris Durovun məhkəməsindən "Telegram"a qarşı sanksiyalar tətbiq etmək üçün istifadə edə bilər. Belə ki, yerli qanunvericiliyə görə, həbs maksimum 96 saat davam edə bilər. Bu müddətin sonunda ya hakim onun azadlığa buraxılması barədə qərar verəcək, ya da Durovu həbsə aparan istintaq prosesi başlayacaq.

İndi isə keçək mətləbə. Maraqlıdır, əgər Durov ittiham üzrə casusluq və ya digər cinayətlərini etiraf etsə, nə üçün azad edilməlidir? Səbəb birmənalıdır: məqsəd heç də onu həbsxanaya salıb cəzalandırmaq deyil, Avropa İttifaqı (Aİ) ilə məxfi əməkdaşlığa cəlb etmək ola bilər. Çünki "Telegram"da senzura və moderasiya imkanları, demək olar ki, yoxdur və buna görə də əsas məxfi yazışmalar məhz bu platforma üzərindən aparılır. Bu isə onun izlənmə imkanlarını məhdudlaşdırır.

Məsələn,"Wall Street Journal"ın Pavel Durovla bağlı məqaləsindən kiçik bir qeydə nəzər salaq:

"Pavel Durov Qərb kəşfiyyatı üçün vacib şəxsdir. Çünki "Telegram" postsovet ölkələrində dünyasəviyyəli ən vacib tətbiqdir. Hətta məxfilik siyasətinə görə Rusiya və Ukraynanın dövlət orqanları xəbərləri yaymaq və mesajlaşmaq üçün bu platformadan istifadə edirlər. Ona görə də istisna deyil ki, Durovun həbsi potensial olaraq "Telegram"ın şifrəli mesajlarını sındırmağa çalışan Qərb kəşfiyyatının layihəsidir".

Əlbəttə, sadalanan qeyri-qanuni və cinayət əməllərini özündə ehtivan edən ittihamların "Telegram"da mövcud olması və onun nəzarətdən kənarda qalması heç kimə sirr deyil. Lakin sual yaradan nüans budur ki, Durovun həbsi, həqiqətən də, təkcə bununla bağlıdır? O niyə daha əvvəllər həbs olunmurdu? Fransa və Aİ Durovun bu cinayətlərdə əli olduğunu indiyədək bilmirdilərmi? Niyə o məhz indi həbs edildi?

Bununla bağlı Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medevedin açıqlaması da maraq doğurur:

"Pavel Durov Rusiyanı "sülh adamı" adı ilə tərk edəndə kobud səhvə yol verdi. Çünki o, Qərb üçün hələ də rusdur. Kifayət qədər uzun müddət əvvəl Durovdan soruşmuşdum ki, o niyə ağır cinayətlərdə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək istəmir. Cavabında demişdi ki, bu, onun üçün prinsipial mövqedir və "hara yaxşıdır, vətən də oradadır" fəlsəfəsi ilə yaşayan dünya adamı olmaq istəyir. Durov, nəhayət, başa düşməlidir ki, zaman kimi, vətən də seçilə bilməz".

"Dünyada bütün cinayətləri törədən Pavel Durov" - Qərb özünü növbəti dəfə ifşa etdi


Bir sözlə, dolayısı ilə rusiyalı dövlət xadimi də Durovun həbs olunması səbəbinin heç də ittiham edildiyi cinayətlərlə bağlı olmadığı qənaətindədir. Düzdür, Medvedevin açıqlaması mili kimlik və siyasi mövqe baxımından əsas arqument kimi götürülməyə bilər, lakin "Wall Street Journal"ın timsalında digər Qərb mətbuatı və ya iş adamları da eyni mövqedən çıxış edirlər.

Digər bir nümunə kimi, amerikalı milyarder İlon Maskın "FreePavel" həştəqi ilə Pavel Durovun azadlığa buraxılmasına çağıran sosial şəbəkə istifadəçilərini dəstəkləməsini göstərə bilərik:


"Əgər mövzu cinayətdirsə, "Instagram"da da uşaq istismarı ilə bağlı böyük problem var, lakin Mark (Zukerberq) üçün həbs qərarı yoxdur. Niyə? Çünki o, söz azadlığına senzura tətbiq edir və hökumətlərə istifadəçi məlumatlarına arxa qapıdan giriş imkanı verir".

Həmçinin, Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo "X" sosial şəbəkəsində yazıb:

"Fransa dünyaya öz tiran təbiətini bir daha göstərdi. Rəqəmsal xidmətlərdə senzura aktı Fransada söz azadlığına qarşı getdikcə daha qəddar təzyiqlərə təkan verir".

Bu məqamda qeyd etmək yerinə düşər ki, 2018-ci ildə insan hüquqları və söz azadlığının müdafiəsi istiqamətində fəaliyyət göstərən bir neçə beynəlxalq qeyri-hökumət təşkilatı (QHT) Rusiya məhkəməsinin "Telegram"ı bloklamaq qərarına sərt etiraz etmişdi. Maraqlıdır, həmin təşkilatlar indi niyə sükuta qərq olublar? Axı mövzu yenə də eynidir.

Görünür, özləri də bilmədən etiraf edirlər ki, onlar üçün insan hüquqları, ifadə azadlığı və digər ali dəyərlər, sadəcə, göz boyamaqdan ibarətdir, əsas - Qərbin siyasi maraqları təmin olunsun. Əks halda, Fransa məhkəməsinin Durovun boynuna qoyduğu ittihamlar fonunda yaranan ziddiyyətlər bu qədər səs-küy yaratmazdı. Çünki bu ittihamlara və azad olunması qarşılığında ondan tələb olunacaqlara nəzər salanda görürük ki, sanki dünyada bütün cinayətləri Pavel Durov törədib. Hətta onun həbs qərarı belə, elə zamanda verildi ki, Durov bundan yalnız saxlanılanda xəbər tutdu.

Əslində, Durov bu kontekstdə saxlanılan ilk şəxs deyil. Belə ki, 2010-cu ildə avstraliyalı jurnalist, dövlət, korporasiya və ya dinə məxsus olan sızdırılmış məxfi məlumat və sənədləri dərc edən beynəlxalq media təşkilatı və sosial internet layihəsi olan "WikiLeaks"in rəhbəri Culian Pol Assanjın həbsi də buna bənzər formada olmuşdu. Maraqlıdır ki, Assanj 2010-cu ildə İsveçdə iki qadına təcavüz etmək iddiası ilə həbs olunmuş, sonra naməlum şəkildə azadlığa çıxsa da, İsveç onun haqqında beynəlxalq axtarış elan etmişdi. Assanj həmin il İngiltərədə polisə təslim olsa da, 10 gündən sonra yenə də anidən azadlığa çıxmışdı. Nəhayət, Ekvadorun Birləşmiş Krallıqdakı səfirliyində sığınacaq alan Assanj 2019-cu ildə elə səfirliyin içində yenidən həbs edilmişdi. O, 2024-cü ildə casusluqda günahını etiraf etdi və əvvəllər çəkdiyi həbs cəzası müqabilində işi rəsmi olaraq bağlandı.

İndi təsəvvür edin, müttəhim 2010-cu ildə təcavüz ittihamı ilə həbs edilir, 14 il ərzində bir neçə dəfə həbsə girib-çıxır, sığınacaq alır, sonda casusluqda günahını etiraf edib birdəfəlik bəraət alır.

Axı necə olur ki, təcavüzdə ittiham olunan adam məhz casusluğunu etiraf etdiyi üçün azadlığa çıxdı? Deməli, mövzu onun şəxsən törətdiyi cinayət əməli yox, fəaliyyətinin qaneedici olmaması idi. Eynilə Durovun aqibəti kimi. O da bütün cinayətlərdə ittiham edilir, lakin əməkdaşlığa cəlb edilməsi müqabilində cinayət işinə xitam verilə bilər. Necə ki, 96 saatdan sonra ya hakim onun azadlığa buraxılması barədə qərar verəcək, ya da ona qarşı ittiham irəli sürüləcək. Bir sözlə, hər şey Durovun özündən asılıdır.

Əslində isə bu olay Fransanın timsalında demokratiya, söz və ifadə azadlığı, insan hüquqları və digər bu kimi ali dəyərlərdən danışan Qərbin əsl simasını bir daha nümayiş etdirdi. Bu qərar Qərbin özündən başqa hamını ittiham etdiyi dəyərlərə sədaqətin ən çox elə özündə olmadığını göstərdi. Yaxşı deyiblər, Qərbin saxta demokratiyasındansa Şərqin təbii müdrikliyi yaxşıdır.

Mərahim Nəsib

Dünya
İzmirdə Tarkanın konserti ilə bağlı araşdırma aparılır

İzmirdə Tarkanın konserti ilə bağlı...

Dünya
Fransa prezidentinin aktiv "Telegram" istifadəçisi olduğu üzə çıxıb

Fransa prezidentinin aktiv...

Dünya
İnternet sürətində rekord: Yaponlar bütün dünyanı heyrətə gətirdilər

İnternet sürətində rekord: Yaponlar...

Dünya
Alen Simonyanın qardaşı nəhəng tender müqaviləsinin qalibi olub

Alen Simonyanın qardaşı nəhəng...

Dünya
Putin polisə miqrantları Rusiyadan qovmaq hüququ verib

Putin polisə miqrantları Rusiyadan...

Dünya
Ərəb ölkələri İranın nüvə proqramından narahatdırlar

Ərəb ölkələri İranın nüvə...

Комментарии (0)