11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Pavel Durovun yanındakı itkin düşən qızın atası danışdı: Son dəfə nə vaxt əlaqə saxlayıblar?

Pavel Durovun yanındakı itkin düşən qızın atası danışdı: Son dəfə nə vaxt əlaqə saxlayıblar?

"Telegram"ın qurucusu Pavel Durovun itkin düşdüyü iddia edilən sevgilisi Yuliya Vavilovanın atası qızı ilə son söhbətindən danışıb.

Bu barədə Oxu.Az "Baza" "Telegram" kanalına istinadən xəbər verir.

Nəşrin məlumatına görə, kişi qızı ilə sonuncu dəfə avqustun 2-də əlaqə saxladığını və onu ad günü münasibətilə təbrik etdiyini deyib. Vavilovanın atası, həmçinin qızının Fransaya səfər etməyi planlaşdırdığını da təsdiqləyib.

Yuliya Vavilovanın anası ötən gün qızı ilə əlaqə saxlamağa çalışsa da, o, zənglərə cavab verməyib. İddia olunur ki, onlar iki gün əvvəl əlaqə saxlayıblar.

Digər təfərrüat açıqlanmır.

Qeyd edək ki, daha əvvəl bildirildiyinə görə, Pavel Durov həbs olunduğu məqama qədər onu bir qız müşayiət edib. Mövcud məlumatlara görə, Vavilova Qazaxıstandan Azərbaycana qədər olan bütün səfər boyu "Telegram"ın təsisçisinin yanında olub. Lakin Durovun Parisin Le-Burje hava limanında həbsindən dərhal sonra qız sosial şəbəkədə paylaşım etməyi dayandırıb.

Eyni zamanda, hazırda qızın kimliyi və onun sonrakı taleyi ilə bağlı məlumatlara rəsmi təsdiq gəlməyib.

Xatırladaq ki, Pavel Durov avqustun 24-də axşam saatlarında Fransanın Le-Burje hava limanında saxlanılıb ki, bu zaman yanında bir qız və mühafizəçinin müşayiəti ilə Azərbaycandan Fransaya səfər edirmiş. İş adamı nəzarət altına alınıb. Vəkil Frederik Belo bildirib ki, ittihamlar müstəntiq tərəfindən dindirildikdən sonra irəli sürülə bilər.

İlkin məlumatlara görə, Fransa Durovdan terrorla bağlı şifrlənmiş yazışmalara çıxış əldə etmək istəyir. Həbsinə order ona görə verilmiş ola bilər ki, milyarder təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmirdi. Eyni zamanda, Durov özü də bilirdi ki, Fransa hakimiyyəti onu axtarışa verib, lakin buna baxmayaraq, yenə də ölkəyə səfər edib.

Rusiyanın Fransadakı səfirliyi artıq Fransa tərəfinə nota göndərərək, konsulluğun məhbusa çıxış əldə etməsini xahiş edib. Lakin Fransanın diplomatik qurumu mövcud vəziyyətlə bağlı hər hansı şərh verməkdən imtina edib.


Dünya
İzmirdə Tarkanın konserti ilə bağlı araşdırma aparılır

İzmirdə Tarkanın konserti ilə bağlı...

Dünya
Fransa prezidentinin aktiv "Telegram" istifadəçisi olduğu üzə çıxıb

Fransa prezidentinin aktiv...

Dünya
İnternet sürətində rekord: Yaponlar bütün dünyanı heyrətə gətirdilər

İnternet sürətində rekord: Yaponlar...

Dünya
Alen Simonyanın qardaşı nəhəng tender müqaviləsinin qalibi olub

Alen Simonyanın qardaşı nəhəng...

Dünya
Putin polisə miqrantları Rusiyadan qovmaq hüququ verib

Putin polisə miqrantları Rusiyadan...

Dünya
Ərəb ölkələri İranın nüvə proqramından narahatdırlar

Ərəb ölkələri İranın nüvə...

Комментарии (0)