11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

Sabah "planetlərin paradı" başlayır: Adi gözlə görmək mümkün olacaq

Sabah "planetlərin paradı" başlayır: Adi gözlə görmək mümkün olacaq

Avqustun 28-də səhər saatlarında Günəşin bir tərəfində altı planet və Yerin peyki təxminən 160 dərəcə sektorda düzülərək planetlərin şərti paradını təşkil edəcək.


Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Moskva Planetariumunun Mətbuat Xidmətindən məlumat verilib.


Məlumata görə, planetlərin bəzisi bir gün əvvəl görünəcək, ona görə də paradı avqustun 27-də Bakı vaxtı ilə saat 22:00-dan etibarən müşahidə etmək tövsiyə olunur.


Veneradan başqa, bütün planetlər Yer kürəsinin qübbəsində Günəşin bir tərəfində yerləşəcək və onları eyni zamanda görmək mümkün olacaq. Merkuri, Mars, Yupiter və Uran səmanın şərq hissəsində, Neptun və Saturn isə cənub-qərbdə olacaq.


"Aydın havada Neptun və Urandan başqa, bütün planetləri adi gözlə görmək olacaq. Bununla belə, Merkurini tapmaq kifayət qədər çətin ola bilər. Çünki onun görünmə qabiliyyəti bir saatdan az vaxt təşkil edir, üfüqdə çox aşağıda yerləşir və günəşin parlaq şüaları arasında görünməz olur. Neptun və Uranı görmək üçün sizə teleskop və ya güclü durbin lazımdır", - deyə qurumdan bildirilib.


"Planetlər təxminən 160 dərəcə sektorda olacaq ki, bu da hadisəni əminliklə planetlərin paradı adlandırmaq üçün olduqca böyük göstəricidir, lakin yenə də şərti parad kimi təsnif edilir. Bu terminin özü elmi terminlərə aid edilmir və astronomiyanın populyarizasiyasına xidmət edir", - deyə planetariumdan əlavə edilib.


"Planetlərin müşahidəsinə daha əvvəldən başlamaq olar. Avqustun 27-də Bakı vaxtı ilə saat 22:00-dan sonra ilk olaraq Saturn və Neptun (teleskopla görünən), gecə yarısından sonra isə Uran (teleskopla görünən), Yupiter, Mars və Ay üfüqün arxasından çıxacaq. Merkuri şərq üfüq xətti ilə əlaqədar olaraq, Bakı vaxtı ilə saat 05:15-dən sonra, sübh vaxtı yüksələcək", - deyə qurumun mətbuat xidmətindən qeyd edilib.


Dünya
İzmirdə Tarkanın konserti ilə bağlı araşdırma aparılır

İzmirdə Tarkanın konserti ilə bağlı...

Dünya
Fransa prezidentinin aktiv "Telegram" istifadəçisi olduğu üzə çıxıb

Fransa prezidentinin aktiv...

Dünya
İnternet sürətində rekord: Yaponlar bütün dünyanı heyrətə gətirdilər

İnternet sürətində rekord: Yaponlar...

Dünya
Alen Simonyanın qardaşı nəhəng tender müqaviləsinin qalibi olub

Alen Simonyanın qardaşı nəhəng...

Dünya
Putin polisə miqrantları Rusiyadan qovmaq hüququ verib

Putin polisə miqrantları Rusiyadan...

Dünya
Ərəb ölkələri İranın nüvə proqramından narahatdırlar

Ərəb ölkələri İranın nüvə...

Комментарии (0)