11:08 Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB   ///     08:53 Bakıda mənzil bazarında qiymət artımları   ///     08:49 Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi   ///     07:14 Şagirdini döyən müəllimi necə cəzalandıraq? - AÇIQLAMA   ///     11:28 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi   ///     09:11 Dünyanın ən aktiv 5-ci palçıq vulkanı olan "Lökbatan vulkanı" aktivləşib   ///     10:17 İlk dəfə məktəbə qədəm qoyan mələklər   ///     10:14 Yeni tədris ilinin ilk günündə paytaxt yollarda vəziyyət necədir?   ///     05:26 Noyabrda neçə gün iş olmayacaq?   ///     09:33 "Iphone 16" Azərbaycanda bu qiymətə satılacaq   ///    

"Telegram"da iki funksiya silindi

"Telegram"da iki funksiya silindi

"Telegram" "Yaxınlıqdakı insanlar" funksiyasını silib və "Telegraph" bloq platformasına media fayllarının yüklənməsini deaktiv edib.

Oxu.Az xəbər verir ki, bu barədə mesencerin təsisçisi Pavel Durov "Telegram" kanalında məlumat verib.

"Biz "Telegram" istifadəçilərinin 0,1%-dən azının istifadə etdiyi, lakin botlar və fırıldaqçılarla bağlı problemlərə səbəb olan "Yaxınlıqdakı insanlar" funksiyasını sildik. Biz, həmçinin anonim şəxslər tərəfindən sui-istifadə edilən oflayn bloqumuz olan "Telegraph"da yeni media fayllarının yüklənməsini deaktiv etdik", - məlumatda bildirilir.

Durov əlavə edib ki, mesencer istifadəçilərinin əksəriyyəti cinayətlə əlaqəli deyil, lakin qeyri-qanuni fəaliyyətlə məşğul olanların 0,001%-i "Telegram" üçün pis imic yaradır. Onun sözlərinə görə, bu, bir milyard mesencer istifadəçisinin maraqlarını risk altına qoyur.

"Buna görə də, biz moderasiya ilə bağlı tənqiddən uzaqlaşmağa çalışırıq", - qeyd olunub.

Durov bildirib ki, "Yaxınlıqdakı insanlar" funksiyası əvəzinə mesencerdə "Yaxınlıqdakı biznes" funksiyası olacaq, burada qanuni və təsdiqlənmiş bizneslər təqdim olunacaq, onlar məhsul kataloqlarını nümayiş etdirə və maneəsiz ödənişləri qəbul edə biləcəklər.


Dünya
Ermənistan təlaşda: 25 il sonra ölkədə erməni qalmayacaq

Ermənistan təlaşda: 25 il sonra...

Dünya
Astronavtların iddiası: 2035-ci ildə yaşayırıq

Astronavtların iddiası: 2035-ci...

Dünya
İngiltərə şahzadəsi Kate Middleton xərçəng xəstəliyinə qalib gəldi

İngiltərə şahzadəsi Kate Middleton...

Dünya
Trampa atəş açan şəxs atıcılıq klubunun üzvü olub

Trampa atəş açan şəxs atıcılıq...

Dünya
Rusiyada 10 minə yaxın miqrant müharibəyə göndərilib

Rusiyada 10 minə yaxın miqrant...

Dünya
Qırğızıstan "Taliban"ı terror təşkilatı siyahısından çıxarıb

Qırğızıstan "Taliban"ı terror...

Комментарии (0)