DataLife Engine / Kraliçanın ölüm səbəbi açıqlandı

Kraliçanın ölüm səbəbi açıqlandı

Kraliça II Elizabetin ölüm səbəbi açıqlanıb.
Axşam.az xəbər verir ki, bununla bağlı Şotlandiyanın Milli Qeydiyyatlar qurumunun yaydığı şəhadətnamədə qeyd olunub.
II Elizabetin sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində Britaniya saatı ilə 15:10-da təbii səbəblərdən vəfat etdiyi göstərilib.
Qeyd edək ki, Elizabet 21 dekabr 2007-ci ildə həyatının 81 il 244-cü günündə Britaniyanın ən yaşlı kraliçası ünvanının sahibi olub.

30-09-2022, 00:49
Вернуться назад