DataLife Engine / 56 yaşlı qadın oğlu üçün uşaq dünyaya gətirdi - FOTOLAR

56 yaşlı qadın oğlu üçün uşaq dünyaya gətirdi - FOTOLAR

ABŞ-ın Yuta ştatında Nensi Xaak adlı qadın oğlu üçün uşaq doğub.
BiG.AZ xəbər verir ki, "People" nəşrinin məlumatına görə, 56 yaşlı Nensi oğlu Ceff və onun sonsuz həyat yoldaşı Kambriya üçün qız uşağı dünyaya gətirib.
Belə ki, Ceff və Kambriya uzun illər sonsuzluqdan müalicə alıblar və iki dəfə süni mayalanmadan sonra onların 4 övladı olub. Lakin doğuş sonrası ağırlaşmalardan sonra qadının matkasını götürüblər. Buna görə də cütlük bir daha övlad sahibi ola bilməyib. Bu zaman Nensi onlara uşaqlarının suraqat anası olmağını təklif edib. Mayda hamilə olduğunu öyrənən qadının noyabrda qızı dünyaya gəlib. N.Xaak həm qızı, həm də nəvəsi olan körpəyə Xanna adını qoyub.







10-11-2022, 00:01
Вернуться назад