DataLife Engine / Meymunçiçəyindən ilk ölüm

Meymunçiçəyindən ilk ölüm

Çilinin Səhiyyə Nazirliyi çərşənbə günü ölkədə meymunçiçəyindən ilk ölüm faktını təsdiqləyib.
Məlumata görə, ölən sentyabrın 29-da xəstəlik diaqnozu qoyulan yaşlı kişidir.
Səhiyyə Nazirliyindən bildirilib ki, mərhumun xroniki xəstəlikləri olub və immuniteti zəifləyib.
Qeyd edək ki, bu günə qədər Çilidə 1200-dən çox meymunçiçəyinə yoluxma hadisəsi müəyyən edilib. Oktyabr ayında ölkədə risk qruplarında bu xəstəliyə qarşı peyvəndlənməyə başlanılıb./AZXEBER.COM

18-11-2022, 19:29
Вернуться назад