Əlcəzairdə səhraya qar yağıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin Mərakeşlə sərhədə yaxın olan Beşar bölgəsində olub.
Bildirilib ki, sonuncu dəfə belə hava şəraiti 11 il əvvəl - 2012-ci ildə müşahidə olunub. Bu, əhalinin sevincinə səbəb olub.
Mütəxəssislərin rəyinə görə, 3 ildən çoxdur kəskin quraqlıq şəraitində ölkədə yeraltı suların azalması, çayların quruması su çatışmazlığının yaranmasına səbəb olmuşdu və qar yağması ölkənin su ehtiyatları baxımından müsbət haldır.