DataLife Engine / Mərakeş zəlzələdən zərərçəkənlərə bu qədər pul verəcək

Mərakeş zəlzələdən zərərçəkənlərə bu qədər pul verəcək

Mərakeş hökuməti zəlzələdən zərər çəkmiş hər ailəyə 1 il müddətində ayda 250 dollar verməyi planlaşdırdığını açıqlayıb.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Mərakeşin büdcədən məsul nazir müavini Fevzi Lacka yerli mətbuata verdiyi açıqlamada bildirib.
Lacka zəlzələdə evləri dağılan evlərin sahiblərinə 140 min dirhəm (təxminən 14 min dollar), qismən zədələnmiş evlərin bərpası üçün isə 80 min dirhəm (təxminən 8 min dollar) veriləcəyini vurğulayıb.
Qeyd edək ki, sentyabrın 8-də Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib, Zəlzələdə 3 minə yaxın adamın öldüyü, 6 min 125 nəfərin yaralandığı açıqlanıb.
23-09-2023, 07:57
Вернуться назад