DataLife Engine / Gecə gündüzə qarışdı!

Gecə gündüzə qarışdı!

Səudiyyə Ərəbistanının Məkkə şəhərində güclü yağış zamanı Kral Saat Qülləsinə ildırım düşüb.
BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, güclü yağış Səudiyyə Ərəbistanının Məkkə şəhərinə təsir edib. Dünyanın ən hündür binalarından biri olan Məkkədə 601 metr hündürlüyündə olan Kral Saat Qülləsinə ildırım düşüb və gecənin gündüzə çevrildiyi anlar kameralara düşüb. Şiddətli yağışa baxmayaraq, Kəbədəki müsəlmanlar namaza davam ediblər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi Səudiyyə Ərəbistanı ictimaiyyətini və turistləri leysan yağışlar və daşqınlara qarşı xəbərdar edib və elektrik cərəyanı keçirən metal əşyalarla təmasdan çəkinməyə çağırıb.
28-09-2023, 08:40
Вернуться назад