DataLife Engine / Xristofor Kolumbun məktubu 3,92 milyon dollara satıldı

Xristofor Kolumbun məktubu 3,92 milyon dollara satıldı

İtaliyalı məşhur səyyah Xristofor Kolumbun yazdığı məktub hərracda 3,92 milyon dollara satılıb.
Lent.az xəbər verir ki, "Christie's" hərrac evində satışa çıxarılan "Yeni kəşf edilmiş adalar" adlı məktubda Kolumb Amerikaya ilk səyahətindən sonra kəşfləri və "Hind adaları"nda tanış olduğu insanlar haqqında danışır. Kolumbun 1493-cü ildə yazdığı, İspaniya Kralı II Ferdinand və Kraliça İzabellaya ünvanladığı "Kolumbun məktubu" adlandırılan məktub səkkiz səhifədən ibarətdir. Bu, "Kolumbun məktubu"nun yeganə mövcud nüsxəsi deyil və oxşar nüsxə hazırda Nyu-York Kitabxanasında qorunur. Lakin o, indiyə qədər şəxsi əllərdə qalan nüsxələrdən biri hesab olunur.
Məktubun saxta və ya oğurluq olmadığını yoxlamaq üçün araşdırmalar aparılır.
Qeyd edək ki, Toskana əyalətinin Markiana qəsəbəsindən oğurlanmış və Dallas kolleksiyaçısının əlinə keçən məktubun başqa bir versiyası iyul ayında İtaliyaya geri qaytarılıb.

20-10-2023, 20:19
Вернуться назад