DataLife Engine / İsveçdə Quranı yandıran şəxs deportasiya ediləcək

İsveçdə Quranı yandıran şəxs deportasiya ediləcək

İsveçdə Qurani-Kərimi yandıraraq təxribatlar törədən iraqlı Salvan Momikanın yaşayış vizasının müddəti bitdikdən sonra deportasiya edilməsinə qərar verilib.


"Qafqazinfo" xəbər verir ki, bu barədə İsveç İmmiqrasiya İdarəsinin mətbuat katibi Jesper Tenqrot "TV4" kanalına bildirib.


O, Momikanın 16 aprel 2024-cü ilə qədər işləmək və yaşamaq icazəsinin olduğunu söyləyib.


Tenqrot qeyd edib ki, ona bu tarixdən sonra yaşayış və iş icazəsi verilməyəcək və Momika deportasiya ediləcək.

26-10-2023, 23:02
Вернуться назад