DataLife Engine / CAR-da övladları məktəbdən yayınan valideynlər həbs ediləcək

CAR-da övladları məktəbdən yayınan valideynlər həbs ediləcək

Cənubi Afrika Respublikasının (CAR) parlamenti övladları məktəbə getməyəcək valideynlər üçün həbs cəzası nəzərdə tutan təhsil qanununu qəbul edib.


Bu barədə "Report" yerli SABC media qrupuna istinadən xəbər verir.


Yeni təhsil qanunvericiliyinə əsasən, övladlarının dərsdən yayınacağı təqdirdə valideynləri 12 aya qədər həbs gözləyir. Oxşar cəza övladını məktəb yaşına çatanda məktəbə qeydiyyata yazdırmayan valideynlər üçün də tətbiq edilib.


Yeni qanun həm də məktəblərdə cismani cəzanı tamamilə qadağan edir. Cənubi Afrika məktəblərində cismani cəza 1997-ci ildə ləğv olunub, lakin bir çox məktəblərdə müəllimlər hələ də ondan istifadə edirlər.


Səsvermə zamanı parlamentarilər qanunun məktəbdə təhsil sisteminin daha səmərəli olmasına hesablandığını vurğulayıblar. Son araşdırmalara görə, Cənubi Afrika Respublikasında 10 yaşınadək hər 10 məktəblidən 8-i oxumaqda çətinlik çəkir.

29-10-2023, 05:45
Вернуться назад